İ

llərdir insanlara zorla yeridilən “həqiqi gözəllik” anlayışı ilə mübarizə aparan “Dove” bu dəfə də sosial mediadakı gerçək olmayan gözəllik standartlarının insanlara verdiyi zərərlər mövzusuna toxunub.

Xüsusi ilə pandemiya müddətində sosial mediada daha çox zaman keçirən gənclər yalançı gözəllik standartları ilə ayaqlaşmağa məcbur olurlar. Qüsursuz olaraq göstərilən bu standartlar, sadəcə əyləncə üçün istifadə edilən filtrlər və ya selfilərə gələn rəylər güvən problemlərinin meydana gəlməsinə səbəb olur.

Dove”un “Self-Esteem” proyekti çərçivəsində Kanadada 10 – 17 yaşlı qızlar arasında həyata keçirdiyi bir sorğuya görə iştirakçıların 80%-i 13 yaşına qədər selfilərini düzəltmək üçün filtrlərdən istifadə etdiklərini söyləyirlər.

Hər 3 nəfərdən 2-si isə şəkillərini yayımlamadan öncə bədəninin bir hissəsini dəyişdirir və ya gizləyir. 37% isə hər hansı bir şəkil düzənləyən proqram istifadə etməzsə özünün kifayət qədər gözəl olmadığını düşünür. Ən önəmlisi isə anketdə iştirak edənlərin sosial mediadakı şəkillərində həyatlarını, gündəlik həyatlarından daha yaxşı göstərərlərsə özlərini yaxşı hiss edəcəklərini deyirlər.

“Filtrli Selfi”lər Haqqında Danışaq - (Dove Reverse Selfie)

“Dove” sosial medianı daha fərqli bir mühitə çevirmək və gözəllik anlayışını yenidən yaratmaq üçün son kampaniyasında selfie çəkən bir qızın nələrdən keçdiyini göstərir. Filtrli selfilər paylaşarkən necə bir dəyişiklik olduğunu geriyə doğru gedərək göstərən “Reverse Selfie” kampaniyası sosial medianın gənclər üzərindəki zərərli təsirləri mövzusunda maarifləndirmə işləri aparmağı hədəfləyir.

Gənc bir qızın selfie çəkərkən bu standartlarla ayaqlaşmaq üçün keçirdiyi fiziki və mənəvi dəyişikliklərini göstərən Ogilvy London imzalı reklam filmi, insanlara bunun necə böyük bir zərər vurduğunu nümayiş etdirir.

Dove, kampaniya ilə birlikdə müəllimlərin və valideynlərin uşaqlar ilə danışmasını asanlaşdıran tövsiyələr də paylaşır.


Posted 
May 4, 2021
 in 
Yaradıcılıq
 category

Daha çox

Yaradıcılıq

 kateqoriyasından

View All