Google Discover platformasında bəzi xəbərlərin orijinal başlıqları şirkətin AI alətləri tərəfindən yenidən yazılır. Bu, tənqidçilərin narahatlığına səbəb olub.
The Verge-in xəbərinə görə, yeni bir təcrübə çərçivəsində Google xəbər kontentlərini sadələşdirmək məqsədilə başlıqları qısaldaraq yenidən formalaşdırır. Bu başlıqlar bəzən “click-bait” tərzində olur — yəni əsas məlumatdan ayrı, daha şok edici və reaksiya doğuran sözlər seçilir.
Həm media orqanları, həm də oxucular bu yanaşmanın xəbər keçidini azaldacağını və “açıq veb” konsepsiyasını zəiflədəcəyini bildirirlər. Orijinal məqalələrə keçid vermək əvəzinə AI-tərcüməli başlıq və “kriptik” formatla məhdudlaşmaq, məlumatın keyfiyyətinə və medianın etibarına mənfi təsir edə bilər.
Üstəlik, bu dəyişiklik barədə Google–ın ictimaiyyətə geniş izahat verməməsi və sadəcə kiçik “UI test” deyərək işin arxasında durması, kritik baxışları artırıb. İndi mütəxəssislər və yayımçılar “xəbər keyfiyyəti”, “məzmunun doğruluğu” və “media ekosistemi” baxımından belə praktikaların uzunmüddətli nəticələrindən narahatdırlar.



