osmetika nəhəngləri, bu sektorun heyvanlar üzərində məhsul sınaqları keçirməsinin qarşısını almaq üçün imza kampaniyası başlatdı.
Kampaniya “Avropa Kimyəvi Maddələr” agentliyinin (ECHA) gətirdiyi test kriteriyalarının sonlandırılması üçün Avropa Birliyi vətandaşlarını imza verməyə təşviq edərkən, sektor dinamikalarının bütün dünyada dəyişməsi üçün insanları hərəkətə səsləyir.
2004-cü ildə Avropa Birliyi, kosmetika məhsullarının heyvanlar üzərində test edilməsini, 2009-cu ildə kosmetika maddələri üçün testləri qadağan etdi. Və son olaraq da 2013-cü ildə heyvanlar üzərində test edilmiş kosmetikaların satışını qadağan etdi. Bununla bərabər də “Avropa Kimyəvi Maddələr” agentliyinin (ECHA) gətirdiyi ən son test qadağaları, qaydaları aradan qaldırılır. Kosmetika dünyasındakı heyvan sınaqlarında olan həqiqətləri bir neçə ay əvvəl burada bəhs etdiyimiz “Save Ralph” kampaniyasıyla nümayiş etdirilmişdir və bu kampaniya dünya miqyasında effektiv olmuşdu.
“The Body Shop” 1989-cu ildən bəri kosmetika məhsulları üçün heyvanların üzərində sınaqlar aparılmasına qarşı kampaniya başladıb. “Dove” isə 60 ilini gözəllik sənayesini daha müsbət yöndə dəyişdirmək üçün sərf edib. Heyvanlara görə güclərini birləşdirən bu iki marka, kosmetikada etibarlılıq qazanmaq üçün heyvan sınaqlarının lazımlı olmadığını, bunun üçün elmə inana biləcəyimizi vurğulayırlar.
Kosmetika nəhəngləri “Peta” və “Cruelty-Free Europe” kimi heyvan zülmünə qarşı olan şirkətlərlə birgə çalışaraq, 1 milyon Avropa vətəndaşını təcili olaraq hərəkətə gətirmək üçün imza kampaniyası başlatdı. .
Paris, Berlin və Madrid də daxil olmaqla Avropanın böyük şəhərlərindəki divar şəkilləri də, insanları bu kampaniyanı imzalamağa təşviq edir.