Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone 16 seriyasında kameralar dəyişə bilər

Apple son illərdə iPhone seriyalarında oxşar dizaynlara üstünlük verib. iPhone 11-dən bəri düzbucaqlı kamera modulundan istifadə edən şirkət yeni patent alıb. Texnologiya dünyasında sızıntı məlumatlar ilə tanınan "Ice Universe" bu patentlə birgə iPhone 16 Pro Max-ın flaş dizaynında əhəmiyyətli bir dəyişiklik olacağını düşünür. Yeni flaşın həm dizayn, həm də performans baxımından daha faydalı olacağı qeyd olunub.

“ƏDV geri al” ilə qaytarılmış məbləğ açıqlanıb!

ƏDV geri al”ın asan yolu: QR ilə necə kodu necə əldə etmək olar?

Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xəbər verib. 2023-cü ilin yanvar-noyabr ayları ərzində istehlakçılar tərəfindən ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla) və göstərilmiş xidmətlərə görə ödənilmiş ƏDV-nin 140 milyon 288 min manatdan çoxu geri qaytarılıb. Qeyd edək ki, ölkəmizdə bir sıra sahələrdə malların alışı və xidmətlərin göstərilməsi zamanı ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 17,5%-i, nağd ödənişlər üzrə 5%-i müvəkkil bank tərəfindən istehlakçılara geri qaytarılır.

James Webb teleskopu ulduz partlayışının fotosunu çəkib

Cassiopeia A (Cas A) adlı supernova James Webb Kosmik Teleskopunda NIRCam (Yaxın İnfraqırmızı Kamera) avadanlığı ilə müşahidə edilib. Əslində, bu fövqəlnova elm adamları tərəfindən ən çox öyrənilən strukturlardan biridir, lakin daha əvvəl NIRCam ilə bu qədər yaxından araşdırılmamışdı. Bu elektromaqnit şüalanma həm də fövqəlnovanın vaxtilə tutduğu ərazini də göstərir.

"SpaceX"in rəqibi "ULA" yeni nəsil "Vulcan" roketinin uçuşunu təxirə salıb

Vulcan

United Launch Alliance (ULA) Locheed Martin və Boeing şirkətlərinin ortaqlığı ilə yaradılmış aerokosmik şirkətdir. Bu şirkət 2006-cı il dekabrın 1-də yaradılıb. United Launch Alliance ULA yeni nəsil Vulcan Rocket-in debütünü 2023-cü ildə planlaşdırırdı. Buna baxmayaraq, işlər gözlənildiyi kimi getmədi. Təəssüf ki, ULA rəhbəri Vulcan raketinin sistemdəki problemlər səbəbi ilə uçuşunun 2024-cü ilə qədər təxirə salındığını açıqlayıb.

2023-cü ildə “Google”da ən çox axtarılan 10 oyun açıqlandı!

Hogwarts Legacy for Nintendo Switch - Nintendo Official Site

Google ilin ən populyar axtarışlarının siyahısını dərc edib. Bununla yanaşı, ən çox axtarılan 10 oyun da açıqlanıb. Siyahının başında "Hogwarts Legacy" oyunu gəlir. Ondan sonra gələn digər oyunları sırasıyla təqdim edirik: 2. The Last of Us ; 3. Connections ; 4. Battlegrounds Mobile India ; 5. Starfield ; 6. Baldur’s Gate 3 ; 7. Suika Game ; 8. Diablo IV ; 9. Atomic Heart ; 10. Sons of the Forest. Qeyd edək ki, keçən il Google-da ən çox axtarılan oyun "Wordle" olmuşdu.

Posted 
Dec 11, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All