2
023-cü ilin 1-ci rübündə elektromobil satışları 32 % artıb.
Elektromobil son 10 ildə avtomobil sənayesində yüksələn tendensiyalardandır. Bu gün qalıq yanacaqların azalması və qlobal istiləşmənin mənfi təsirləri elektriklə işləyən avtomobillərə marağı artırıb. Covid-19 pandemiyası və tədarük zənciri problemlərinə, o cümlədən yarımkeçirici çip çatışmazlığına baxmayaraq, elektromobil satış rəqəmləri yeni rekord həddə çatıb.
![11 Hidden Costs of Owning an Electric Car - Bob Vila](https://cdn.prod.website-files.com/606b4d68b6171127160524a4/64900ff338d4b21bc8ebefcf_iStock-1372085619-hidden-costs-of-owning-an-electric-car-vehicle-charging-by-solar-panels.jpeg)
Araşdırmalara görə, ekoloji yanaşmanın mənimsənilməsi ilə artan tələbat nəticəsində 2023-cü ilin ilk 3 ayında dünyada satılan hər 7 avtomobildən biri elektromobil olub. Elektromobil satışlarının 2023-cü ilin sonunadək 14,5 milyona çatacağı gözlənilir.