Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elektron Təhlükəsizlik Xidməti xəbərdarlıq edib

Elektron Təhlükəsizlik Xidməti (Azərbaycan) — Vikipediya

Son vaxtlar müxtəlif internet resursları vasitəsilə vətəndaşlara xüsusi texniki üsullarla hazırlanmış və zərərverici ilə yoluxdurulmuş şəkil, videodigər formatlarda fayllar göndərilir. Vətəndaş həmin faylı yüklədikdən sonra faylın daxilindəki zərərli kod icra olunaraq, vətəndaşın cihazı zərərverici ilə yoluxdurulur. Nəticədə vətəndaşın fərdi məlumatları ələ keçirilir. Elektron Təhlükəsizlik Xidməti (ETX) vətəndaşlara tanımadıqları mənbələrdən göndərilən şəkil, video və digər faylları cihazlarına yükləməməyi tövsiyə edib.

“Gənclik” stansiyası gücləndirilmiş iş rejimində çalışacaq 

Ümumi məlumat | "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti

Bakı metropoliteninin “Gənclik” stansiyası Qarabağ futbol Klubunun UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirəcəyi oyunla əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Tofiq Bəhramov adına Respublika stadionunun yaxınlığında yerləşən stansiyada sentyabrın 21-də keçiriləcək qarşılaşmadan əvvəl və sonra nəzarət mexanizmləri gücləndiriləcək.

Sərnişinlərin səmti rahatlıqla müəyyən edərək arenaya yollanması məqsədilə stansiyaya növbətçilik cədvəli əsasında əlavə işçi qüvvəsi ayrılacaq.
Oyun bitdikdən sonra ehtiyat qatarlar cəlb edilməklə stansiyadan keçən qatarlar üçün xüsusi cədvəl əsasında interval azaldılacaq.
28 May” və “Nərimanov” stansiyalarında ehtiyat nəzarət mexanizmləri tətbiq ediləcək.

“EasyCep” Azərbaycanda fəaliyyətə başlayıb

“EasyCep” Türkiyədə qurulmuş startapdır. Şirkət yenilənmiş mobil telefonların satıldığı elektron ticarət platforması kimi fəaliyyət göstərir. Həmçinin mobil telefonlar, planşetlər və noutbuklar kimi texnoloji məhsulları öz orijinal sahiblərindən alıb yenilənmə proseslərini həyata keçirir. Qeyd edək ki, platforma artıq Azərbaycanda da fəaliyyətə başlayıb.

Sony “Xperia 1 VI” yüksək səviyyəli kamera performansı təqdim edəcək

Sony xüsusiyyətləri və dizaynı ilə diqqət çəkən “Xperia 1 VI” modelini təqdim etməyə hazırlaşır. Cihazın bəzi xüsusiyyətləri ortaya çıxıb. Smartfonla bağlı sızan məlumatlardan biri onun kamera xüsusiyyətləridir. İddia edilir ki, Sony “Xperia 1 VI” böyük sensor 6x kamerası ilə gələcək. Kamerada həmçinin Sony-nin böyüdülmüş təsvir keyfiyyətini yaxşılaşdıran “Clear Image Zoom” texnologiyasına malik olacağı gözlənilir.

"WhatsApp"ın iPad-ə uyğun versiyası gəlir

WhatsApp May Soon Launch an iPad App as Work on It Has Begun! | Beebom

İllərdir iOS əməliyyat sisteminin istifadəçiləri “WhatsApp”ın onlar üçün də funksiyalar inkişaf etdirməsini istəyirlər. Bir çox istifadəçi uzun zamandır iPad ilə uyğun bir versiya istəyirdi. Nəhayət, WhatsApp müraciətləri dinlədi və yeni versiyası üzərində işləməyə başladı. “WhatsApp”ın təklif etdiyi yeniləmə sayəsində tətbiqi iPad-lərə quraşdırmaq mümkün olacaq.

Pepsi 125 illik yubileyində Madonna-nın "Like a Prayer" reklamını yenidən yayımlayıb

Brend rəsmi ad günü olan avqustun 28-də başlayan kampaniya zamanı müxtəlif tədbirlər təşkil edib və təşkil etməyə davam edir. Kampaniya zamanı Madonna, Tina Turner, Rey Charles, Britney SpearsRobert Palmerin yer aldığı məşhur musiqi video reklamları yenidən yayımlanır. Madonna 125 illik yubileyində 1989-cu ildə ləğv edilən “Like A Prayer” reklamını yenidən yayımladığı üçün Pepsi-yə təşəkkür edib.

Posted 
Sep 20, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All