Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Fortnite"a 3 yeni oyun əlavə ediləcək

"Epic Games" yaxın günlərdə oyunçuların istifadəsinə veriləcək və yalnız "Fortnite"da oynana biləcək 3 yeni oyunu açıqladı. Dekabrın 7-də "Epic Games" və "The Lego Group" tərəfindən birgə hazırlanmış "LEGO Fortnite" oyunçuların istifadəsinə veriləcək. Daha sonra, dekabrın 8-də şirkət "Fortnite" üçün "Rocket Racing"i əlçatan edəcək. Nəhayət, dekabrın 9-da Rok qrupu ilə məşhur olan Harmonix tərəfindən hazırlanmış yeni musiqi oyunu "Fortnite Festival"ın təqdimatı baş tutacaq.

"Toyota" 2025-ci ildə satışa çıxarılacaq 2 elektrik avtomobil konseptini təqdim etdi

"Toyota" 2026-cı ilə qədər altı yeni elektrik avtomobilini Avropaya gətirəcəyini açıqladı. Şirkət 2026-cı ilə qədər hər il 1,5 milyon elektrikli avtomobil satmağı hədəfləyir. Bu açıqlamalardan sonra "Toyota" Sport CrossoverUrban SUV adlı iki elektrik avtomobil konsepti təqdim edildi. Bu avtomobillərin 2025-ci ildə Avropada satılacağı açıqlanıb, lakin hələlik modellər haqqında ətraflı məlumat verilməyib.

"Instagram"da "Facebook" dostları ilə söhbət etmək üçün infrastruktur bağlanır

Facebook Messenger Can Send You Instagram DMs

2020-ci ildən bəri təklif edilən, lakin artıq sona çatan bu məsələ ilə bağlı "Meta" tərəfindən edilən rəsmi açıqlama belə olub:

“2023-cü ilin dekabr ayının ortalarından etibarən "Facebook" hesabları ilə söhbət edə bilməyəcəksiniz. Tətbiqlərarası əlaqə mövcud olmadıqda: "Instagram"dan "Facebook" hesabları ilə yeni söhbətlərə və ya axtarışlara başlaya bilməyəcəksiniz. "Facebook" hesabları ilə söhbətləri davam etdirmək üçün isə "Messenger" və ya "Facebook" vasitəsilə yeni söhbətə başlaya bilərsiniz.”

"WhatsApp" ekran paylaşımına səsləri də daxil edəcək

How to integrate WhatsApp on your website | Callbell

Şirkət tezliklə insanlara ekran görüntüləri ilə birlikdə səsləri ötürməyə imkan verəcək. Yeni funksiya ilə bağlı qeyd olunub:

"Ekran paylaşımı etdiyiniz zaman cihazınızdakı səsləri zəngləşdiyiniz şəxslərlə paylaşmaq mümkün olacaq."

Bu infrastruktur sayəsində ekran paylaşımı vasitəsilə 2 nəfər eyni anda seriala, YouTube videosuna və ya filmə baxa biləcək. Qeyd olunan funksiyanın nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Elon Musk "GTA 5" haqqında paylaşım etdi

Bildiyiniz kimi, bu gün maraqla gözlənilən GTA 6-nın ilk rəsmi treyleri yayımlandı. Elon Musk da bu gün bu məsələ ilə gündəmə gəlib. GTA 6 treylerinden sonra Dan adlı şəxs "X" platformasında heç bir GTA oyunu oynamadığını bildirən paylaşım edib. Elon Musk-ın həmin yazıya cavabı belə olub:

“GTA-nı sınadım, amma cinayət törətməyi sevmirdim. GTA 5-in açılış səhnəsi polislərin güllələnməsini tələb edirdi. Mən bunu edə bilməzdim."
Posted 
Dec 5, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All