Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Apple”ın gələn il təqdim olunacaq iPad modelləri haqqında yeni məlumatlar gəlib

Apple yeni iPad modellərini təqdim etmədən 2023-cü ili geridə qoyur. İstehsal problemləri yeni modelləri 2024-cü ilə qədər gecikdirib. Yeni iPad-lər haqqında məlumatlar analitik Mark Qurmandan gəlib. Son məlumatlara görə, 10,9 düym 12,9 düymlük LCD ekranlı yeni Air modelləri 2024-cü ilin birinci rübündə təqdim olunacaq. 11 düym və 13 düym olmaqla iki fərqli ölçüdə təqdim ediləcək 2024 iPad Pro modelləri isə hibrid OLED panelə sahib olacaq.

“Play Store” əsaslı zərərli məzmunlar 600 milyon dəfə yüklənib

Google Play Store not working? Here are some possible fixes

Google Play Store təhlükəsizliyini təkmilləşdirmək üçün mühüm addımlar atıb. “Kaspersky” tərəfindən aparılan araşdırmanın nəticələrinə görə, 2023-cü ildə Android ekosisteminin mərkəzi olan Google Play Store proqram bazarından zərərli məzmuna sahib 600 milyondan çox oyun və proqram yüklənib. Play Store-a daxil olan bir çox proqram təhlükəsiz əsaslarla quraşdırılır, lakin sonradan göndərilən yeniləmələr tərəfindən zərərli hala gətirilir. Google bu problemi həll etmək üçün təhlükəsizlik işləri görməyə davam edir.

Elon Musk “SpaceX” şirkəti ilə dünya rekordu qırdı!

Elon Musk öz paylaşımında SpaceX-in rekord qırmasına səbəb olan Falcon 9 raketinin uğurundan danışıb. O, etdiyi paylaşımda SpaceX-in 2023-cü ildə Falcon 9 raketi ilə orbitə 1000 tondan çox faydalı yük daşıyaraq rekord qırdığını açıqlayıb. Bunun dünya rekordu olduğunu deyən Musk 500 tonla Sovet İttifaqının rekordunu qırdığını bildirib.

Artıq “Threads”də “Facebook” və “Instagram” arasındakı əlaqəni kəsmək mümkündür

Threads tətbiqi ilk çıxdığı vaxt çox səs gətirmişdi. Proqrama getdikcə maraq azaldığı üçün Meta bir sıra yeniliklər üzərində işləyir. Bu yeniliklərdən biri də çoxdandır istifadəçilərin gözlədiyi Instagram ilə əlaqəni kəsmək funksiyası idi. Bununla da, artıq Threads-də Facebook Instagram arasındakı əlaqəni kəsməsi mümkün olub.

Yeni oyunun adı GTA 6 olmaya bilər

GTA 6 Rating Listed: Game Receives MA-15+ From Australian Rating Board

Rockstar Games öz postunda yeni oyundan "GTA 6" deyil, "növbəti Grand Theft Auto" oyunu kimi istinad edib. Bunun ardınca müxtəlif mənbələr oyunun adının GTA 6 olmayacağını iddia ediblər. Oyunun adının “Grand Theft Auto: Vice City” ola biləcəyi düşünülür. “GTA VI” adındakı roma rəqəminin "Vice" sözünə bənzəməsi bu iddiların yayılmasına səbəb olub.

Posted 
Nov 13, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All