Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elon Musk telefon nömrəsini bağlayacaq və yalnız "X"dən istifadə edəcək

Elon Musk led Tesla smartphone launch likely? What we know so far | Mobile  News

2023-cü ilin son rübündə "X" səsli və görüntülü danışıq funksiyasını işə salmışdı. Premium abunəçilərin həm səsli, həm də video zəng edə biləcəyi funksiya ilk olaraq iOS istifadəçilərinə təklif edildi. Daha sonra bu xüsusiyyət Android cihazları üçün də əlçatan oldu. Bununla belə, Elon Musk "X"də etdiyi paylaşımda artıq telefon nömrəsini bağlayacağını, zənglər üçün "X"dən istifadə edəcəyini bildirib.

"Mozilla"nın baş direktoru Mitchell Baker vəzifəsini tərk edib

Mozilla appoints long-term chairwoman Mitchell Baker as CEO

"Mozilla" şirkətinin rəhbəri Mitchell Baker istefa verəcəyini açıqlayıb. O müvəqqəti icraçı direktor vəzifəsini hazırda direktorlar şurasının üzvü olan Laura Chambersə həvalə edib. Qeyd edək ki, o şirkətdə icra başçısı olaraq fəaliyyətinə davam edəcək. Şirkət bildirib ki, Baker yeni vəzifəsində məhsul strategiyasını və innovasiya infrastrukturunu təkmilləşdirmək üzrə işlər görəcək.

"Apple" 3 proqramını "Windows"a təqdim etməyə hazırlaşır

Apple, Üç Yeni Uygulamasını Windows'ta Kullanıma Sunuyor!

“Apple” bu həftə rəsmi olaraq "Apple TV", "Apple Music" və "Apple Devices" proqramlarını Windows-da tamamilə əlçatan edəcək. MacRumors-a görə, bu yenilik Windows istifadəçilərini iTunes-a asılılıqdan uzaqlaşdırmaq üçün nəzərdə tutulub. Bununla belə, iTunes artıq yalnız Windows-da podkastlara və audiokitablara daxil olmaq üçün tələb olunacaq.

Süni intellektə əsaslanan ağıllı eynək "Frame AI Glasses" təqdim edildi

“Brilliant Labs” bu yeni məhsulun arxasında duran şirkətdir. Cihazın qiyməti 350 dollar olaraq açıqlanıb. 3 fərqli rəngdə təqdim edilən bu eynəklər Vision Pro-nun daha sərfəli variantı kimi görünsə də, onu birbaşa rəqib kimi tanıtmaq olmaz. Bu yeni cihaz ətrafdakı hər hansı əşyanı müəyyən edə və onlar haqqında real vaxt rejimində məlumat verə biləcək.

"WhatsApp"a digər tətbiqlərdən də mesaj gələ biləcək

“WhatsApp” uzun zamandır yeni bir xüsusiyyət üzərində işləyir. Belə ki, “WhatsApp”a digər tətbiqlərdən də mesaj gələ biləcək. Bu, “iMessage”, “Telegram”, “Google Messages”, “Signal” və s. kimi digər proqramlara mesaj göndərə biləcəyiniz mənasına gəlir. Yalnız belə bir xüsusiyyətin ortaya çıxması sadəcə WhatsApp-ın səlahiyyətində deyil. Bu funksiya yalnız digər şirkətlər də qəbul etdikdən sonra əlçatan ola bilər.

Posted 
Feb 9, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All