Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elon Musk "Tesla" işçilərinin fabrikdə yaşamasını istəyir

Elon Musk: Tesla-Fabrik startet unter Missachtung der Anordnungen - Golem.de

Elon Musk "Tesla"nın 2025-ci ildə istehsalına başlayacağı "Redwood" adlı model haqqında açıqlamalar verib. Çərşənbə günü investorlarla dördüncü rübün qazancı ilə bağlı bir tədbir keçirən Musk mühəndislərin bu proses zamanı fabrikdə yatmalı olacağını ifadə edib. Daha əvvəl "The Verge"ə danışan keçmiş "Tesla" işçisi 12 saatlıq uzun növbələrdən sonra işçilərin tez-tez fabrikin döşəməsində yatmalı olduqlarını qeyd etmişdi.

Yeni "Porsche Taycan" təqdim edildi

Uzun müddətdir sınaqdan keçirilən, sürəti əhəmiyyətli dərəcədə artırılan yeni “Porsche Taycan” təqdim edilib. Yeni model bir çox versiya ilə qarşımızdadır. Şirkətin yeni tam elektrik sedan modelinin başlanğıc qiyməti 99 min dollar, “Turbo S Cross Turismo” versiyasında isə bu qiymət 211 min dollar təşkil edir.

Süni intellektin yaratdığı şəkillər "Instagram"da xüsusi nişana sahib olacaq

Son illər süni intellekt sahəsində mühüm irəliləyişlər əldə olunub. Bununla belə, bu hadisələr bəzi etik və təhlükəsizlik narahatlıqlarını da ortaya qoyur. Ola bilsin ki, süni intellekt saxta şəkillər yaratmaq kimi fırıldaq məqsədləri üçün istifadə oluna bilər. "Meta" tərəfindən edilən son açıqlamaya görə, "Imagine AI" ilə "Instagram", "Facebook" "Threads" tətbiqlərində yaradılan şəkillər, eləcə də "OpenAI" "Google" kimi böyük şirkətlərin süni intellekt modelləri artıq xüsusi nişana sahib olacaq. Bu nişan təsvirin süni intellekt tərəfindən yaradıldığını göstərəcək. Bu yeniliyin nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

Las-Veqasdakı “Sphere”in ilk üç ayda əldə etdiyi gəlir açıqlanıb

"Sphere Entertainment" şirkəti 2023-cü ilin oktyabr, noyabr və dekabr aylarını əhatə edən rüblük qazanc hesabatını açıqlayıb. Bununla belə, "Sphere"in biznes üçün açıldıqdan sonra ilk üç ayda 167,8 milyon dollar gəlir əldə etdiyi açıqlanıb.

Android üçün “Google Maps” hava proqnozunu göstərməyə başlayıb

Google Maps weather

“Google Maps” bu günlərdə bir çox fərqli yeni inkişafla gündəmə gəlib. Uzun müddətdir iOS versiyasında mövcud olan bir xüsusiyyət artıq Android üçün də əlçatan olub. Belə ki, ən son yeniləmə ilə Android üçün “Google Maps” baxılan bölgənin hava şəraitini göstərməyə başlayıb.

Posted 
Feb 7, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All