Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Facebook adını "Faceboob" olaraq dəyişsə, Elon Musk 1 milyard $ verəcək

Təklif Musk-ın Vikipediya-nın adını dəyişməsi ilə bağlı etdiyi oxşar təklifdən sonra gəlib. Bildirilib ki, Mark Zuckerberg Facebook-un adını "Faceboob" olaraq dəyişsə, Elon Musk ona 1 milyard dollar verəcək. Məsələ ilə bağlı Musk "The Babylon Bee"nin paylaşımına "bu daha yaxşı bir ad olardı" deyə X-də cavab verib.

Netflix-dən yeni strategiya: Ardıcıl izləmə zamanı araya reklam girməyəcək

Netflix raises prices on all plans in US - The Verge

Netflix uzun müddətdir ki, istifadəçi sayının azalmasını kompensasiya etməyə çalışır. Şirkət izləyicilərin diqqətini çəkmək üçün yeni bir addım atıb. Müvafiq olaraq, ard-arda 3 məzmuna baxan izləyici dördüncü bölümə keçərkən reklam görməyəcək.

Bu ağac evi velosiped ilə daşımaq mümkündür

Henry K Wein "Trunk Bunk" adlı ağac ev dizayn edib. "Trunk Bunk" yüngül və qatlana bilən dizayna malikdir. Bu ağac evi velosipedlə müxtəlif yerlərə asanlıqla daşımaq mümkündür. Henry bu konsepti insanlara gərgin şəhər həyatından qaçmağı təklif edəcək real məhsula çevirməyi planlaşdırır.

Duracell Bunny Santa-Klausu qəzadan xilas edir

Duracell Bunny batareya markasının bayram kampaniyasında Santanı Milad qəzasından xilas edir. Duracell-in marketinq direktorunun köməkçisi Marko Montanaro bildirib:

“Bunny-nin televiziya ekranlarına qayıtdığını görməkdən çox məmnunam. Bu ilki Milad kampaniyası hər kəsin böyük günə hazır olduğundan əmin olmaq üçün xatırlatma rolunu oynayır".

Apple iPhone-ların yavaşlaması ilə bağlı yenidən gündəmdə!

Court rejects Apple's request to delay App Store changes | gagadget.com

Apple hələ də ilk ortaya çıxandan bəri iPhone-un yavaşlaması məsələsi ilə gündəmə gəlməyə davam edir. iPhone-ları "gizli şəkildə" yavaşlatdığı üçün məhkəməyə verilən Apple prosesi qəbul edərək, ABŞ-da iPhone 6 iPhone 7 seriyalarının sahiblərinə çox cüzi məbləğlər ödəyib. İPhone-un yavaşlaması ilə bağlı İngiltərədə açılan iddianın ləğvi tələbinin qəbul edilməməsi və prosesin sona qədər davam edəcəyi bildirildiyi üçün bu məsələ bu gün bir daha gündəmə gəldi. Reuters-in verdiyi məlumata görə, şirkət hazırda təxminən 2 milyard dollar dəyərində iddia ilə üz-üzədir.

Posted 
Nov 2, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All