Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Fayl yükləmə xüsusiyyəti ChatGPT-ə gəlir

Animated GIF

OpenAI ChatGPT-ə yeni funksiyalar əlavə edəcək. Hazırda sınaq mərhələsində olan yeni funksiya istifadəçilərə faylları ChatGPT-ə yükləmək imkanı verəcək. Bu yeni funksiya ChatGPT Plus abunəçiləri üçün əlçatan olacaq. Tutaq ki, siz PDF faylı oxumalı və bəzi dəyişikliklər etməlisiniz. ChatGPT bunu bir neçə dəqiqə ərzində edə biləcək.

"Tesla" və "BP" 100 milyon dollarlıq müqavilə imzalayıb

BP is buying $100 million worth of Tesla Supercharger equipment - The Verge

BP şirkəti Tesla ilə Supercharger elektrik doldurma stansiyaları üçün 100 milyon dollarlıq müqavilə imzalayıb. BP Pulse ilə stansiyalarında elektrik enerjisi doldurmağı təklif edən şirkət indi bu şəbəkəni Tesla Supercharger doldurma stansiyaları ilə genişləndirməyə çalışır. BP tərəfindən alınacaq Tesla Supercharger stansiyaları 250 kVt-a qədər enerji təmin etmək imkanına malikdir.

SpaceX 2024-cü ildə ayda 12 uçuş həyata keçirəcək

SpaceX, 2024 Yılında Ayda 12 Fırlatma Gerçekleştirecek: Peki Neden?

SpaceX gələn il daha çox Starlink peykini orbitə çıxaracaq və yeni hesabatlara görə, şirkət 2024-cü ildə ayda təxminən 12 uçuş həyata keçirəcək. SpaceX həmçinin kosmosa müxtəlif peyklər buraxmaq üçün digər agentliklərlə də işləyir. Şirkət eyni zamanda Artemida III missiyasında da rol oynayacaq.

“Nintendo Switch 2” çıxarıla bilən ikili ekranlarla gələ bilər

Nintendo Switch 2 Ayrılabilir Çift Ekranla Gelebilir!

Nintendo Switch 2 ilə bağlı yeni patent konsolun ayrıla bilən ikili ekranla gələcəyini göstərir. Bu patent Nintendo 3DS-dən fərqli olaraq ayrıla bilən və bir-biri ilə simsiz əlaqə saxlaya bilən 2 fərqli displeyli cihazı göstərir. Bundan əlavə, cihazda konsol söndürüldükdə onu idarə etmək üçün istifadə oluna bilən sensor ekran da var. Nintendo Switch 2-nin buraxılış tarixi isə hələ ki, qeyri-müəyyəndir.

YouTube Music istifadəçilər üçün yeni fon dizaynını sınaqdan keçirir

youtube music

YouTube Music istifadəçi təcrübəsini daha cəlbedici etmək üçün yeni fon dizaynı üzərində işləyir. Yeni dizayn əvvəlkindən daha tünd rənglərə malikdir və beləliklə, play, pauza, irəli, geri, eləcə də mahnı dəyişdirmə və təkrar kimi düymələr daha aydın görünəcək.

Posted 
Oct 30, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All