D

aha əvvəl elan edilmiş PUBG Mobile çempionatına əlavə olaraq, GameSummit komandası eyni anda bir neçə çempionat elan edir.

Oyunlar xarici və yerli oyunçular arasında populyarlığına görə seçilib. Çempionatlar aşağıdakı oyunlar üzrə keçiriləcək: 

· Valorant 

· CS2 

· Lol

· Dota 2 

· Fortnite 

· EA FC24 

· E-futbol 

· UFC 5 

· Tekken 8 

 Çempionatlara qeydiyyat həm xüsusi blanklar vasitəsilə, həm də tədbirin özündə aparılacaq. 

Yuxarıda göstərilən oyunlaran başqa, AzDimension oyun studiyası elan edilməmiş oyun üçün çempionat keçirdəcək, onun qeydiyyatı festivalın özündə baş tutacaq. Festivalda tam elanı planlaşdırılır.

GameSummit Summer 2024 artıq Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük tədbirə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir müstəqil tərtibatçılarına istedadlarını nümayiş etdirmək və peşəkarlar və oyunçularla əlaqə qurmaq üçün bir yer verir. 

 Festival 2 gün - 1 və 2 iyun tarixlərində Baku Crystall Hall-da davam edəcək. 

 Biletləri bu linkindən əldə etmək olar

https://iticket.az/events/other/game-summit-summer-2024

Posted 
May 2, 2024
 in 
Gaming
 category

Daha çox

Gaming

 kateqoriyasından

View All