2021-ci ildən Amsterdamda fəaliyyətə başlayan “Getir”in ilk fiziki marketi açılıb. Türk startapının ilk supermarketi Hollandiya paytaxtının De Pijp rayonunda müştərilərin istifadəsinə verilib.

“Getir”in yeni supermarketi müştərilərə məhsulları mağazadan seçib, ödənişi kassada etmək imkanı verir. Alış-veriş etdikdən sonra isə müştərilər paketləri daşımaq üçün əziyyət çəkmirlər, əvəzində “Getir” kuryerləri sifarişlərini qapılarına qədər çatdırır.

Daha əvvəllər Amsterdamın abadlaşdırma planına uyğun olmadığı üçün ərazi üzrə idarəçilərlə problem yaşayan “Getir” komandası “Sübut etdik ki, bütün payçılarımızı və ortaqlarımızı dinləyirik, onlara uyğunlaşırıq. Biz uzunmüddətli planlar qururuq və burada həmişəlik qalmaq niyyətindəyik”, - deyə açıqlama verib.

Posted 
Aug 6, 2022
 in 
Startap
 category

Daha çox

Startap

 kateqoriyasından

View All