Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"Reddit" və "Google" birgə əməkdaşlıq edib

Google and Reddit extend Cloud partnership with AI integration

Son məlumata görə, "Reddit" və "Google" arasında böyük kommersiya müqaviləsi bağlanıb. Bu razılaşmaya əsasən, şirkət süni intellektin modelləşdirilməsi üçün öz məzmununu "Google"a təqdim edəcək. Müqavilənin illik dəyərinin təxminən 60 milyon dollar olduğu bildirilib.

“Technest” çərçivəsində 44 MDU tələbəsi İKT üzrə təqaüdlü təhsilə cəlb olunub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “Technest” təqaüd proqramı çərçivəsində bir neçə bölgədə İKT üzrə təlimlərin növbəti dalğasına start verilib.
Region təlimləri çərçivəsində Mingəçevir Dövlət Universitetində 44 tələbə “Technest” təqaüdünə cəlb olunub. Bakıdan gələn mentorlar tərəfindən tələbələrə rəqəmsal marketinq və şəbəkə inzibatçılığı üzrə dərslər keçirilir.
Proqramın ilk təqdimat günündə Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyini layihə meneceri Gülnar Mirhüseynova və tərəfdaş tədris mərkəzlərinin nümayəndələri çıxış edərək yeni təqaüdçüləri təbrik edib. Eyni zamanda tədbir ərzində təlim proqramı ilə bağlı iştirakçılara master-klass keçirilib.
Qeyd edək ki, dərslər həftədə 2 dəfə olmaqla Mingəçevir Dövlət Universitetində əyani formada keçirilir.

Xatırladaq ki, “Technest” Təqaüd Proqramı çərçivəsində ümumilikdə 29 bölgədən 1300-dən çox şəxs İKT üzrə təqaüdlü təhsilə cəlb olunub.

Tamamilə yenilənmiş “Toyota C-HR 2023” təqdim edildi!

Next-gen 2023 Toyota C-HR To Get 1.8L Hybrid Variant - News

“Toyota C-HR” tam yenilənmiş dizaynı ilə Gürcüstanın Kaçreti bölgəsində keçirilən təqdimat mərasimində nümayiş olunub. Təqdimatda modelin yenilənmiş dizaynı, texnoloji yenilikləri, performansı və digər bütün üstünlükləri barədə ətraflı məlumat verilib. Qeyd edək ki, “Toyota C-HR” modelini Azərbaycandakı rəsmi dillerlərdən satın almaq mümkündür.

"Midjourney"dən daha yaxşı ola biləcəkmi? "Stable Diffusion 3" elan edildi!

Yazılanları vizuala çevirə bilən "Stable Diffusion 3" elan edilib. Rəsmi olaraq təqdim olunan yeni model "Midjourney" ilə rəqabətdə daha keyfiyyətli hala gətirilib. Qeyd edək ki, xidmət hələlik bütün istifadəçilər üçün əlçatan deyil.

"Gmail" bağlanır? Şirkətdən rəsmi açıqlama gəldi!

Google Gmail kapatmıyor

"Gmail"in bir neçə ay ərzində bağlanacağı iddiası artmağa başlayıb. Sosial mediada paylaşılan iddialara əsasən, "Gmail" 1 avqust 2024-cü il tarixindən etibarən xidmət göstərməyəcək. Yazının "Gmail"dən e-poçt kimi görünməsi istifadəçiləri bu iddiaya inandırıb. Bununla belə, "Gmail"dən rəsmi açıqlama gəlib. Şirkət xidmətin bağlanacağına dair iddiaları yalanlayıb.

Posted 
Feb 23, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All