“Google” 2 “AI” ilə alyanslıq qurdu: “2 qoçun başı bir qazanda qaynayar”

Dealing With Bias in Artificial Intelligence - The New York Times

“Google” iki böyük süni intellekt şirkətini birləşdirməyə qərar verib. “DeepMind”“Google Brain” bundan sonra, necə deyərlər, bir-birilərinin çörəyini yeyəcəklər. Şirkətin bu addımı dünyanın 2 aparıcı tədqiqat qrupunu bir araya gətirəcək. Süni intellektlə bağlı araşdırmalar vahid plan üzrə inkişaf edəcək. Bu iki qoçun son 10 ildə yaddaqalan “AI” layihələr hazırladığını bilirik.

Cat Gorsky | Hot Sauce

“AlphaGo”, “Transformers”, “Word2vec” kimi bir çox modeli sınaq mərhələsinə daşıyan komandalar, proqram dünyasında “TensorFlow”“JAX” kimi iriçaplı uğurlara da imza atıblar.

“Instagram” yenə öz ampluasında. “BeReal”ın özəllikləri kopyalandı.

“BeReal” günü-gündən populyarlığını itirsə də, tətbiqin xüsusiyyətləri digər sosial media platformalarının diqqətindədir. Bu mövzuda ən çox maraqlı olan isə “Instagram”dır. Belə ki, platformada “BeReal”dakı özəlliyə bənzər yeni özəllik üzərində işlərin getdiyi məlum olub.

Paylaşdığımız tvitdən də məlum olur ki, “BeReal” xüsusiyyətinə bənzər “spontan hekayələr” adlı yeni xüsusiyyət, tezliklə istifadəyə veriləcək. Özəllik budur ki, istifadəçilər təsadüfi bildirişlə fotoşəkilləri anında paylaşa biləcəklər. Yeni özəllik “Instagram”da “hekayələr” bölməsinin yanında ayrıca bölmə kimi yer alacaq.

LeBron: “Adam gərək vnimatelni olsun”

Elon Musk paying for LeBron James' Twitter blue tick - Basketball Network -  Your daily dose of basketball

Beyons və Kriştiano Ronaldonu birləşdirən ortaq cəhət, sizcə, nə ola bilər? Məzəli olsa da, deyək. Bu gündən etibarən, onlar “Twitter”də “mavi quş”a sahib olmaq üçün ildə 84 dollar pul ödəməlidirlər. Lakin Kinq Ceyms üçün situasiya o qədər də əhəmiyyətli olmayıb, hətta o onun imeyl ünvanına göndərilən təsdiqləmə prosesinə qoşulmayıb. Bundan sonra Mask Kinq Ceymsə, necə deyərlər, “mavi quş”u hədiyyə edib. LeBron ilə bərabər, Stiven Kinq və Uilyam Şatnerə də “Blue” abunəliyi ödənişsiz verilib.

“Atari” qayıdır? Şirkət 100-dən çox oyunu özününküləşdirib

How Atari paved the way for Fortnite — and changed the world

“Atari” əvvəlki günlərinə qayıtmaq üçün investisiyalara başlayıb. Belə ki, Yaponiyada yerləşən şirkət 1980-90-cı illərdə olduqca populyar olan 100-dən çox oyunun hüquqlarını özününküləşdirib. Bu şirkətlər arasında “Accolade”, “Micropose”“Infogrames” kimi 90-cı illərin əfsanəvi oyunlarını işləyib-hazırlayan markalar var. Şirkət öz anbarındakı oyunları növbəti nəsil konsollarda yayımlamaq istəyir. Komanda, həmçinin köhnə oyunların yeni adaptasiyaları üzərində işləyir. İcraçı direktorun sözlərinə görə, yeni alınan oyunların əksəriyyəti əsl nostalgiya vəd edir.

“WhatsApp”dan yenilik: Göndərən tərəfin razılığı olarsa, “yox olan mesajlar” yaddaşda saxlanıla biləcək

“WhatsApp”da “yoxa çıxan mesajlar”ı saxlamaq mümkün olacaq. Təbii ki, qarşı tərəfin buna razılığı gərəkdir.

Bloq yazısında deyilir ki, mesajı göndərən tərəfin izni olmadan qarşı tərəf mesajı heç bir halda yadda saxlaya bilməz. Mesajınızın başqaları tərəfindən yadda saxlanılmasına icazə vermirsinizsə, təyin olunan vaxt başa çatdıqdan sonra mesaj avtomatik silinəcək. Qəbul etdiyiniz mesajı yadda saxlamaq istəsəniz və qarşı tərəf müvafiq funksiya vasitəsilə buna izn verərsə, mesajları “saxlanılan mesajlar” qovluğunda görə biləcəksiniz.

Posted 
Apr 21, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All