Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Elektron Təhlükəsizlik Xidməti bank dələduzluğu ilə bağlı vətəndaşlara xəbərdarlıq edib

What Organizations Need to Know about Cyber Security? - Hurix Digital

Kiberdələduzlar tərəfindən “Telegram” tətbiqində “Kapital Bank” ASC-nin adından saxta dələduzluq səhifəsi yaradılıb. Qeyd olunub ki, dələduzlar səhifədə saxta kampaniyalar paylaşıblar. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara rəsmi olmayan səhifələrə etimad etməməyi və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə, həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir.

"Google" həkimlərdən daha yaxşı diaqnoz qoya bilən süni intellekt modeli hazırlayıb

Study: Patients don't trust AI doctors that know their names

"Google"un hazırladığı çatbot tibbi diaqnozlar zamanı həkimlərdən daha yaxşı nəticə göstərib. “Articulate Medical Intelligence Explorer” (AMIE) adlanan model xəstələrin xəstəlik tarixçəsinə əsaslanaraq mümkün diaqnozları sadalamaqda həkimlərdən daha yaxşı olub. Bununla yanaşı, "Google" tədqiqatçısı Alan Karthikesalingam bildirib ki, bu heç bir halda dil modelinin həkimlərdən daha yaxşı olduğu mənasına gəlmir.

MrBeast gəlir testi üçün "X"də "YouTube" videosunu paylaşıb

MrBeast reklam gəlirlərini yoxlamaq üçün daha əvvəl “YouTube”a yerləşdirdiyi videonu “X” platformasında paylaşıb. O, "YouTube"da 211 milyon izlənməyə sahib bu video haqqında bildirib:

“X-də bir videonun nə qədər reklam gəliri əldə edəcəyi ilə maraqlanıram, ona görə də sınaqdan keçirmək üçün bu videonu yenidən yükləyirəm".

Youtuber gələn həftə ərzində reklam gəlirlərini bölüşəcəyini qeyd edib.

Redmi Watch 4 və Buds 5 seriyası təqdim edilib

"Xiaomi" Redmi Note 13 seriyasını, həmçinin Watch 4 smart saatını və Buds 5 simsiz qulaqlıq seriyasını təqdim edib. 150-dən çox idman növünü avtomatik aşkarlayan saat, suya davamlıdır və Bluetooth vasitəsilə telefon zəngləri üçün də istifadə edilə bilər. Ən son təqdim edilən Redmi Buds 5 simsiz qulaqlıq modeli isə üç fərqli rəngdə hazırlanıb. Redmi Buds 5-in qiyməti xaricdə təxminən 46 dollar, Buds 5 Pro-nun isə 78 dollar olaraq açıqlanıb.

GTA 6 dünyanın ən çox satılan oyununu üstələyib

Rockstar Games dekabrın 5-də Grand Theft Auto seriyasının son oyunu olan GTA 6-nın maraqlı tanıtım treylerini paylaşmışdı. Qeyd edək ki, GTA 6-nın tanıtım treyleri artıq 168 milyon baxışı keçib. Beləliklə, o, 2011-ci ildə yayımlanan və hazırda təqribən 167 milyon 800 min baxışı olan Minecraft-ın ilk tanıtım videosunu üstələyib. Qeyd edək ki, bu video ən çox abunəçisi olan kanallardan biri olan MrBeast-in izlənmə rekordunu da qırmışdı.

Tesla "Model Y" sürücüsü avtomobilinə günəş panelləri əlavə edib

Tesla Model Y

Tesla özü hələlik bu məsələ ilə bağlı gözlənilən rəsmi addımı atmayıb. Xaricdə yaşayan Tesla Model Y sürücüsü xüsusi hissələr hazırlayıb və avtomobilinə 9 fərqli 175 vattlıq günəş paneli yerləşdirib. Bildirilib ki, bu panellər sayəsində sürücü hava şəraitindən asılı olaraq hər gün 32 km-ə qədər (6 kVt/saata) əlavə məsafə qət edə bilir.

Posted 
Jan 16, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All