Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Google müəllim kimi sizə dərsi izah edəcək

Animated GIF

Google Axtarış Linza üçün yeni funksiyalar elan edib. Təhsilə yönəlmiş yeni funksiyalar sualların həllinə kömək edəcək.

Animated GIF

Bundan əlavə, biologiya kimi dərslər üçün həm interaktiv, həm də vizual nəticələr göstəriləcək. Vizuallara əsaslanan yeni funksiya müəllimlər üçün də faydalı olacağı düşünülür.

Animated GIF

Instagram-da süni intellektli dostlar yaratmaq mümkün olacaq

Meta Instagram üçün yeni bir funksiya üzərində işləyir. Bu funksiya vasitəsilə istifadəçilər öz süni intellektli dostlarını yarada biləcəklər.

Burada siz həmin süni intellektin cinsini, yaşını, hətta etnik mənsubiyyətini belə müəyyən edə biləcəksiniz. Yeni funksiyanın nə zaman əlçatan olacağı isə hələ məlum deyil.

Süni intellekt də Halloween-i qeyd etdi!

Şirniyyat brendi "Airheads" süni intellektli qısametrajlı filmlərin nümayiş olunacağı "A.I.RHEADS Scarefest" festivalı ilə Halloween bayramını qeyd edir. Festivalda təqdim olunacaq bütün filmlər süni intellekt tərəfindən hazırlanıb. Filmlərin hər biri 3 dəqiqədən azdır və qalib film sonda 2000 $ pul mükafatı alacaq.

WhatsApp Kanallarda paylaşımları redaktə etmək artıq mümkündür

WhatsApp Channels Are Going Global | Meta

İstifadəçilər indi Kanallarda mesajın məzmununu redaktə edə bilərlər, lakin bununla bağlı bəzi məhdudiyyətlər var. WhatsApp kanalındakı mesajları 30 gün ərzində redaktə edə bilərsiniz. 30 günlük qaydaya əlavə olaraq, istifadəçilər yalnız mətn mesajlarını redaktə edə biləcəklər. Yəni heç bir şəkil, video və ya digər fayl növləri dəyişdirilə bilməz.

Apple tədbiri iPhone 15 Pro Max ilə çəkilib

Apple "Scary Fast" tədbirində M3 prosessorlu yeni Mac kompüterlərinin təqdim etdi. Qeyd edək ki, bu tədbir iPhone 15 Pro Max ilə çəkilib. Videonun pərdəarxası görüntüləri üçün peşəkar kameralardan istifadə olunub. Çəkilən videolar isə Mac kompüter ilə montaj edilib.

Posted 
Oct 31, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All