Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Starship-in parçalanan hissələri eBay-də satışa çıxarılıb

Spacex enkaz parçası ebay satış

SpaceX Starship-in ilk iki sınaq uçuşu zamanı Yerə düşən kosmik vasitələrini itirmişdi. İndi bu partlayışların parçaları eBay alış-veriş saytında minlərlə dollara satılır. eBay satıcısı müsahibəsində bildirib ki, o kosmik gəminin parçalarını təsadüfən tapıb. Bununla belə, həmin şəxs SpaceX-ə xəbərdarlıq edib. Şirkət isə həmin hissələri göndərməyi ya da özündə saxlaya biləcəyini deyib. Satıcı isə özündə saxlamağa qərar verib. eBay alış-veriş saytında bu kosmik parçalar təxminən 7500 dollara satışa çıxıb.

iPhone 16-nın kamera dizaynı fərqli ola bilər

İPhone 16 ilə bağlı şayiələr getdikcə artmağa davam edir. Bununla belə, yeni modelə aid olduğu korpus şəkilləri gündəmə düşüb. Ortaya çıxan şəkillərdən elə anlaşılır ki, yeni modeldə kamera quruluşu şaquli formatda olacaq.

Google süni intellektə nəzarət edən süni intellektini təqdim edib

Google AI

Google məhsuldar süni intellektin əldə etdiyi nəticələrə nəzarət edəcək süni intellekt hazırlayıb.  İnsandan daha yaxşı nəticələr verən SAFE adlı süni intellekt Google Axtarış xidmətindən də dəstək alır. Google DeepMind komandası SAFE-nin nə qədər uğurlu olduğunu görmək üçün geniş araşdırma aparıb. Bu araşdırma süni intellektin yüzdə 72 nisbətində insanlarla eyni performansa sahib olduğunu ortaya qoyub. Tədqiqatçılar insanların və süni intellektin fərqli olduğu məsələləri araşdırıblar və bu dəfə SAFE-nin analizinin 76 faizinin daha dəqiq olduğu anlaşılıb.

YouTube Shorts videoları üçün yeni xüsusiyyət inkişaf etdirir

Belə ki, "xüsusi Shorts videolar" xüsusiyyəti yalnız ödəniş edən üzvlər üçün əlçatan olacaq.  Bu imtiyazlara adi istifadəçilərdən fərqli olaraq əlavə üstünlüklər, xüsusi nişanlar, canlı yayımlar və s. daxil olacaq.

Xiaomi SU7 elektrikli avtomobil modelinin rəsmi Çin qiymətləri açıqlanıb

Xiaomi SU7

Tam elektrikli avtomobil modeli Xiaomi SU7 üçün Çin bazarında rəsmi qiymətlər açıqlanıb. Çində təşkil edilən tədbir çərçivəsində verilən məlumata görə, Xiaomi SU7 elektrikli avtomobil modelinin başlanğıc qiyməti təxminən 30 min dollar olacaq. Avtomobilin SU7 Pro versiyası üçün 34 min dollar, SU7 Max versiyası isə 42 min dollar olacaq.

Posted 
Mar 29, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All