Apple "Watch 9" yeni rəng seçiminə sahib olacaq

Tickled Pink: Apple Watch Series 9 Set to Dazzle with a New Color Option -  TechStory

Son zamanlar marketinq kampaniyası ilə hər yerdə qarşımıza çıxan “Barbie” yeni nəsil “Apple Watch” modelinə də təsir etmiş ola bilər. Sızdırılan məlumatlara görə, yeni nəsil ağıllı saatlar çəhrayı rəng seçiminə sahib olacaq. Yeni rəng seçiminin Barbie ilə bağlı olub-olmadığı ilə bağlı şirkət tərəfindən heç bir açıqlama verilməyib.

Musk Apple vergisini tənzimləmək barədə Tim Cook ilə danışacağını bildirib

Elon Musk says he 'will speak with Tim Cook' about changing App Store  commission rules - 9to5Mac

Elon Musk yenidən Apple vergisi məsələsini gündəmə gətirib. Bildiyimiz üzrə, Apple tətbiqdaxili ödənişlərdən/abunələrdən komissiya alır və buna “Apple Tax” deyilir. Musk çərşənbə günü paylaşımında şirkətin tətbiqdaxili satınalmalar üçün aldığı 30% komissiyanın düzəliş edilib-edilməyəcəyini öyrənmək üçün Apple baş direktoru Tim Cook ilə danışacağını bildirib.

ChatGPT Apple-ın zəifliyini aşkar edib

What Is Apple's Response to Microsoft's ChatGPT? - Apple Maven

Apple təhlükəsizlik məxfiliyə üstünlük verən məhsulları ilə tanınsa da, ChatGPT bunun tam olaraq belə olmadığını göstərir. Tədqiqatçılar modelin Apple-ın məşhur Mac kompüterlərində xüsusi zərərli proqramları müəyyənləşdirməkdə uğurlu olduğunu aşkar ediblər. Bu əlamətdar inkişaf ChatGPT-nin kibertəhlükəsizlikdə necə mühüm rol oynaya biləcəyini sübut edir.

Google yeni xüsusiyyətlərini elan etdi: Süni intellekt axtarışlarınıza cavab verəcək!

Google rolls out new features across Maps, Search and Shopping | TechCrunch

Google Chrome brauzerinə və axtarış sisteminə yeni funksiyalar əlavə etməyə davam edir. Yeniləmə ilə birgə gələn xüsusiyyətlər ilə Google Chrome internet brauzeri təcrübəsini daha da keyfiyyətli etmək istəyir. Hələ sınaqda olan funksiya vasitəsilə axtarışlarınız zamanı süni intellekt çatbotu Bard-ın cavabını görə biləcəksiniz. Bu funksiya ilk olaraq Google Labs vasitəsilə “Search Generative Experiment (SGE)” proqramında iştirak edən könüllülər üçün əlçatan olub.

Musk "X" platformasını inkişaf etdirməyə davam edir: Tətbiqə yeni funksiya gəlib

Elon Musk rebrands Twitter to 'X,' replaces iconic bird logo

Köhnə adıyla Twitter olan "X" sosial media platformasında istifadəçilər artıq istədikləri videoları yükləyə biləcəklər. Bunun üçün, məzmunu paylaşan şəxs yerləşdirdiyi məzmunun yüklənməsini hər kəs üçün açıq etməlidir. Qeyd etmək lazımdır ki, veb-saytdan videoları yükləmək yalnız "blue" abunəçiləri üçün əlçatan olacaq.

WhatsApp hesab təhlükəsizliyi üçün həmçinin e-poçtdan istifadə edəcək

How to add WhatsApp button/ widget into your WordPress site

WhatsApp üçün yeni təhlükəsizlik addımı atılır. Məlum olub ki, WhatsApp tezliklə hesabın mühafizəsi və yoxlanılması prosesində e-poçtdan istifadəyə icazə verəcək. Bu funksiyanın istifadəsinin istəyə görə olacağı bildirilib. Hazırda sınaqdan keçirilən xüsusiyyət çox güman ki, tezliklə hər kəs üçün əlçatan olacaq.

Posted 
Aug 3, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All