Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

İRİA rəhbər şəxslər üçün kibertəhlükəsizlik təlimləri təşkil edib

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi İsrailin  “Technion” Texnologiya İnstitutu ilə birgə Kənd Təsərrüfatı Nazirliyinin rəhbər şəxsləri üçün kibertəhlükəsizlik təlimi keçirib. Təlimdə nazirliyin 30-dan çox rəhbər şəxsi iştirak edib.

Tədbirdə açılış nitqi ilə çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədov dövlət qurumlarının informasiya sistemlərinin milli təhlükəsizliyin əsas sütunlarından biri olduğunu vurğulayaraq nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli olmasının əhəmiyyətini qeyd edib: “Kənd təsərrüfatı sektoru ölkəmiz üçün strateji əhəmiyyət daşıyır və bu sahədə rəqəmsal transformasiya sürətlə gedir. Elektron kənd təsərrüfatı sistemlərindən tutmuş, smart texnologiyalara və böyük verilənlər bazalarına qədər hər bir məlumat təhlükəsizlik baxımından həssasdır. Buna görə də nazirlik rəhbərliyinin kibertəhlükəsizlik sahəsində bilikli və hazırlıqlı olması kritik əhəmiyyət kəsb edir.”

Daha sonra kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək bu cür təlimlərin keçirilməsinin əhəmiyyəti barədə fikirlərini paylaşıb:

“Kibertəhlükəsizlik artıq təkcə texnoloji məsələ deyil, həm də iqtisadi, sosial və milli təhlükəsizliklə bağlı bir prioritetə çevrilib. İnformasiya sistemlərimizin qorunması yalnız şəxsi məlumatlarımızı deyil, eyni zamanda dövlətin strateji maraqlarını da təmin edir.”

Tədbir “Technion” Texnologiya İnstitutunun ekspertləri tərəfindən təqdim olunan sosial mühəndisliyin əhəmiyyəti, açıq mənbə kəşfiyyatı, kiberhücumların kənd təsərrüfatı sektoruna təsiri, iş yerində insidentlərə cavab kimi faydalı mövzularda sessiyalarla davam edib. Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.

Qeyd edək ki, ötən il keçirilən kibertəhlükəsizlik təlimlərində 20-dən çox dövlət və özəl sektor nümayəndəsi iştirak etmişdi. Bu ilin sonuna qədər ümumilikdə 200 nəfər rəhbər şəxsə sözügedən təlimlərin keçirilməsi planlaşdırılıb.

Təlimlər kibertəhlükəsizlik risklərinin idarə edilməsi, təhdidlərin müəyyən edilməsi və bu istiqamətdə effektiv qərarların qəbul olunmasını hədəfləyir. Bu təlimlərin keçirilməsində məqsəd rəhbər şəxslərin müasir rəqəmsal mühitin gətirdiyi çağırışlarla üzləşərkən daha etibarlı və effektiv qərarlar qəbul edə bilmələridir.

"BYD"dən "Tesla"ya çağırış... 

Tesla Model 3 vs BYD Seal: Which electric family car is best? | The  Independent

"BYD" şirkəti daxili yanma mühərrikli avtomobillərə qarşı mübarizə aparmaq üçün "Tesla" ilə əməkdaşlıq etməyə açıq olduğunu bildirib. Şirkətin vitse-prezidenti Stella Li "Financial Times"a verdiyi müsahibədə elektrikli avtomobil sənayesini gücləndirmək üçün birlikdə çalışmalı olduqlarını qeyd edib.

"DJI Mavic 4 Pro" görüntüləndi

"DJI"nin yeni nəsil dronu "Mavic 4 Pro" haqqında yeni məlumatlar yayılıb. Sızdırılan bilgilərə görə, dron 180 dərəcə dönə bilən kamera yuvasına malik olacaq və 1.4x, 2.5x və 6x optik zoom imkanları təqdim edəcək.

"GTA 5"in "Enhanced" versiyası oyunçuları məyus etdi

GTA V Enhanced Makes the 12-Year-Old Game Look Great Again

"Rockstar Games" PC üçün inkişaf etdirilmiş "GTA 5" versiyasını təqdim etsə də, oyunçular ciddi problemlərlə qarşılaşıb. Xüsusilə, oyunçuların köhnə qeydiyyat fayllarını yeni versiyaya köçürməkdə çətinlik çəkməsi və server problemləri böyük narazılığa səbəb olub.

"PlayStation 3" 20 il sonra yeniləndi

PS3 Gets Surprise Update for March 2025

"Sony" 20 ilə yaxın yaşı olan "PlayStation 3" üçün yeni proqram yeniləməsi yayımlayıb. 4.92 versiya kodu ilə təqdim olunan bu yeniləmə "Blu-ray" disklərin oxunmasını təmin edən şifrələmə açarını yeniləyir.

Posted 
Mar 6, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All