Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

GTA 6-nın buraxılış tarixi sızdı

Leaked audio recording of Take-Two's CEO suggests the release date for GTA 6  in October

Video oyun şirkəti olan Take-Two-nun baş direktoru Strauss Zelnick-ə aid olduğu deyilən səs yazısı bu yaxınlarda internetə sızdı. Bu səs yazısında GTA 6-nın 2023-cü ilin oktyabrında elan ediləcəyi və 2024-cü ilin oktyabrında çıxacağı deyilir. Müəllif hüquqları pozuntusu səbəbindən səs yazısı internetdən silinib. Bir çox şəxs bu səsin süni intellekt tərəfindən yaradıldığını iddia edib.

Mercedes-in yeni elektrik avtomobili ilə tanış olun

Mercedes CLA concept previews "phenomenally efficient" EV | Autocar

Futuristik görünüşlü elektrik avtomobili "ultra səmərəli" güc aqreqatı ilə 750 km-ə qədər məsafə qət etməyi vəd edir. CLA Concept həmçinin sürətli doldurma xüsusiyyəti sayəsində 15 dəqiqəyə 400 km-ə qədər məsafə qət edə bilər. Avtomobil istehsalçısı Çin də daxil olmaqla əsas bazarlarda Tesla BYD kimi markalarla rəqabət aparacaq.

USB-C ilə ilk olaraq AirPods Pro tanış olacaq

AirPods Pro (2nd generation) - Apple (AZ)

Apple Avropa İttifaqının verdiyi qərara əsasən, təqdim edəcəyi iPhone 15 ailəsinə USB-C portunu daxil edəcək. Sentyabrın 12-də təqdim olunacaq iPhone 15 ilə yanaşı, USB-C portlu AirPods Pro şarj qutusunun təqdimatı da gözlənilir. Mark Gurman-ın sözlərinə görə, Apple önümüzdəki dövrdə bütün AirPods cihazlarına USB-C yerləşdirəcək, lakin başlanğıc ilk olaraq "Pro" modeli ilə ediləcək.

Huawei tezliklə yeni ağıllı saatını təqdim edəcək

Huawei will unveil a new smartwatch (or two?) next week

Huawei rəsmi paylaşımında tezliklə paylaşacağı saat və ya saatları gündəmə gətirib. Sentyabrın 14-də İspaniyanın Barselona şəhərində keçiriləcək tədbirdə 1 və ya 2 yeni ağıllı saatın təqdim olunacağı gözlənilir. Paylaşılan şəkildə görüldüyü üzrə bu saatların dəyirmi korpusa sahib olacağı düşünülür. Hələ ki, bu yeni saatlarla bağlı ətraflı məlumat verilməyib.

Microsoft-dan yenilik: Süni intellektlə işləyən bel çantası!

Microsoft-un süni intellekt dəstəkli bel çantalarının istehsalı üçün yeni patent aldığı müəyyən edilib. Məhsul ABŞ Patent və Ticarət Nişanları İdarəsi tərəfindən təsdiq edilib. Hələ adı açıqlanmayan bel çantası ətrafındakı obyektləri müəyyən etmək, istiqamət vermək və digər ağıllı cihazlarla danışmaq kimi bir sıra xüsusiyyətlər ilə gələcək.

Posted 
Sep 5, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All