"

SpaceX” müştərilərə hərəkətdə olarkən planetin demək olar ki, istənilən yerindən qoşulmağa imkan verən “Starlink Mobility”ni elan edib. “SpaceX” bildirib ki, “Starlink Mobility”ni sınaqdan keçirən ilk müştərilər Arizonadakı məktəb avtobusları olub. “SpaceX”, həmçinin bildirib ki, yeni xidmət “mobil bizneslər və ictimai sektordan istifadə halları, o cümlədən yük daşımaları, avtobuslar və fövqəladə hallar üçün idealdır”. Peykdən bütün dünyaya yayılacaq xidmətin sınaqlarına bu ilin sonuna doğru başlanacağı gözlənilir.

British Starlink User Blazes Past 400 Mbps In Download Speed!

Google Chrome-un bu sevimli özəlliyi daha olmayacaq

Google Translate Archives - The Open News

“Google” brauzerdə ən çox istifadə olunan xüsusiyyətlərdən biri olan tərcüməni (Google Translate) yığışdırır. Chrome-un köhnə versiyalarından istifadə edənlər Chrome Translate-dən istifadə etmək istəsələr, "Bu səhifə tərcümə edilə bilməz” bildirişi alacaqlar. Sözügedən özəllik 2020-ci ilin oktyabrında “Chrome 95”lə gəlmişdi. Tərcümə dəstəyinin nə vaxtdan olmayacağı ilə bağlı dəqiq tarix deyilməyib.

PS manyakları üçün “Sony Project Q” və “Playstation Earbuds”

“Project Q” adlanan cihaz 8 düymlük HD displey və şirkətin “DualSense PS5” kontrollerindəki bütün düymələrə sahib olacaq. Oyunçular “Remote Play” və ya Wi-Fi şəbəkəsinə qoşulmaqla PS5 oyunlarını oynaya biləcəklər. “Project Q” PS5-i tələb edəcək, lakin heç bir PS VR2 oyununu oynamaq mümkün olmayacaq. Sony, həmçinin həm PS5, həm də PC-də işləyəcək qulaqlığı tanıdıb. O, Bluetooth vasitəsilə smartfonlara da qoşula biləcək. İddialara görə, qulaqlıqlar “az gecikmə ilə itkisiz səs” üçün yeni texnologiyadan istifadə edir.

WhatsApp-a “username”lər gəlir

“WABetaInfo”dan görünən budur ki, şirkət son beta buraxılışlarında “username” xüsusiyyətini aktiv şəkildə sınaqdan keçirir. Bu funksiya sayəsində tezliklə istifadəçi adları dövrünün başlayacağını deyə bilərik. Sadəcə istifadəçi adı daxil etməklə digər profillərə çatma funksionallığı nə vaxt təqdim olunacaq, hələlik məlum deyil. Bundan əvvəl isə WhatsApp redaktə funskiyasını gətirməklə yadda qalmışdı. Xatırladaq ki, WhatsApp-da göndərdiyiniz mesajı 15 dəqiqə ərzində redaktə edə bilirsiniz.

Bu yeni nəsil batareyalara görə elektromobillər 2 dəfə çox məsafə qət edə biləcəklər

Elektrikli Otomobil Menzilleri İki Katına Çıkıyor: Yeni Nesil Bataryalar Geliyor!

Yeni akkumulyator texnologiyası ilə artıq 1000 km-dək məsafə qət edən elektromobilləri görməyə başlayacağıq. Çində yerləşən “Gotion High Tech” şirkəti yeni “L600 LMFP Astroinno” batareyasını təqdim edib. LMFP materialları aşağı keçiricilik, aşağı sıxılma sıxlığı və yüksək temperaturda manqanın həll olunması kimi problemlərə məruz qalırdı. Buna görə də elektromobillərdə istifadəsi mümkün olmamışdı, lakin “Gotion High Tech” bu çətinlikləri aradan qaldıra bildi. Konstruktiv hissələrin sayı 45 %, çəkisi isə ⅓ qədər azaldılıb. Kabel sistemi innovativ dizayn sayəsində 303 m-dən 80 m-ə endirilib.

Sony-də üzlər gülür. PS VR2-nin satış rəqəmləri açıqlandı

Новости — Sony раскрыла фишки PS VR2: «прозрачный» режим и виртуальный  кинотеатр

Sony PS5 ilə birgə istifadə oluna bilən PS VR2-nin ilk 6 həftədə 600 000 ədəd satıldığını deyib. Bu, PS4-lə istifadə oluna bilən PS VR1-in satışlarından təxminən 8 % çoxdur. Sony, həmçinin Resident Evil 4, Beat Saber, Green Hell VR, Ghostbusters: Rise of the Ghost Lord, The Foglands kimi yeni gələcək PS VR2 oyunlarına da diqqət çəkib. Yeni PS VR2 oyunlarının bugünkü “PlayStation Showcase” tədbirində nümayiş olunacağı gözlənilir.

“TikTok” tətbiq daxilində “Tako” adlı yeni AI söhbət botunu test edir

“Tako” adlanan bot interfeysdə sağ tərəfdə, istifadəçi profili, bəyənmələr, şərhlər və s. olan yerdə ən üstdə görünəcək. Hazırda məhdud bazarlarda aktiv şəkildə sınaqdan keçirilir. İstifadəçilər Tako-ya video haqqında müxtəlif suallar verə və ya tövsiyələr tələb edərək yeni məzmun axtara, həmçinin kəşf edə biləcəklər. Botun “Watchful.ai” şirkəti tərəfindən açıq sınaqdan keçirildiyi məlumdur və “TikTok” da bu məlumatları təsdiqləyib.

 iOS-dakı ChatGPT tətbiqi daha 11 ölkəyə açıldı

“OpenAI” iOS-dakı ChatGPT tətbiqini daha 11 ölkəyə açdığını elan edib. Yeni istifadəyə verilən tətbiq yalnız Amerikada əlçatan idisə, yeni yeniləmə ilə ABŞ ilə yanaşı Albaniya, Xorvatiya, Fransa, Almaniya, İrlandiya, Yamayka, Yeni Zelandiya, Nikaraqua, Nigeriya, Cənubi Koreya və Böyük Britaniyadakı istifadəçilər də tətbiqdən yararlana biləcəklər. Hazırda tətbiq yalnız iOS istifadəçiləri üçün mövcuddur və yaxın vaxtlarda Android istifadəçilərinin də ixtiyarına veriləcək.

Posted 
May 25, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All