E

lektrikli velosiped bazarının pandemiya ilə daha sürətli böyüyəcəyini düşünən Harley-Davidson, Serial 1 Cycle ilə bazara girir.

Harley-Davidson, son bir neçə ildir ki elektrik velosipedləri üçün ayrı bir komanda quraraq layihə üzərində işləyirdi. Lakin velosipedin görünüşü və buraxılış tarixi barədə heç bir məlumat yox idi. Bu yaxınlarda marka, modelin prototipini paylaşaraq müştərilərini daha da həyəcandırdı.

Serial 1 Cycle adlı elektrikli velosiped, markanın məhsul inkişaf mərkəzində dizayn edilmişdir. Bu adın seçilməsinin səbəbi də xüsusidir. Bu ad 1903-cü ildə Harley-Davidson tərəfindən tanıdılmış və ən köhnə modeli kimi tanınan Serial Number One-dan ilhamlanmışdır. Dizaynına görə 1903-cü ilin motosiklinə bənzəyən Serial 1 Cycle, markanın adına layiq detallara sahibdir. Ağ təkərləri, dəri oturacağı, sükanı və qara çərçivəsi ilə motosiklin dizaynı 1903-cü ildəki modelin dizaynına oxşayır. Batareyası qabaq tərəfində, elektrik mühərriki isə pedalların olduğu hissədə yerləşir.

Harley-Davidson hələ Serial 1 Cycle modelinin dizaynından başqa heç bir texniki detal paylaşmayıb. Mühərrik gücü, batareyanın istifadə müddəti, lokasiya və ya sürücülük rejimləri barədə ətraflı məlumat daha sonra açıqlanacaq. 2021-ci ilin martında satışa çıxarılması gözlənilən elektrik velosipedinin qiyməti də hələ məlum deyil.

Posted 
Dec 11, 2020
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All