"

Deadline” tərəfindən yayımlanan xəbərə görə, “Warner Bros. Discovery”“HBO” məzmunları üçün “Netflix”lə bir lisenziya müqaviləsi hazırlayır. Mənbənin sözlərinə görə, 2 şirkəti bu sövdələşməyə sövq edən səbəb, təbii ki, puldur. Müqavilə yekunlaşdıqda, “Netflix”də yayımlanacaq ilk “HBO” məzmunu Issa RaeLarry Wilmore tərəfindən yaradılan “Insecure” olacaq. Qeyd olunub ki, sövdələşmə hələ tamamlanmayıb, lakin ləğvolunma ehtimalı da yoxdur.

Warner Bros. Discovery

NFC texnologiyası yeni inkişaf yolunda

NFC Technology: what it is, how it works, and the advantages for businesses

Deyilənlər budur ki, hazırda kiçik əhatə dairəsində fəaliyyət göstərən texnologiya gələcəkdə 4-6 dəfə daha çox əhatə dairəsi təklif edəcək. Bu isə əməliyyatları sürətləndirməklə yanaşı, istifadəçiləri cihazlara dəqiq yaxınlaşdırma kimi incə qayğılardan xilas edəcək. Digər bir nüans NFC vasitəsilə simsiz enerji doldurma funksiyalarının inkişafı ilə bağlıdır. Qrup cari simsiz enerjini və doldurma qabiliyyətini 1W-dən 3W-dək artırmağı hədəfləyir.

“Microsoft” konsol savaşlarına tab gətirmədi! Yeni konsol üçün tarix açıqlandı

Обложка: скриншот Call of Duty Modern Warfare 2 (2022)

“Microsoft” irəlidə “Bethesda” oyunlarını PS konsollarına gətirməyi hədəfləyir. PS-dən bildirilib ki, “Microsoft” “Activision”ı alarsa, PS6 haqqında məlumatlar “Activision”la paylaşılmayacaq. Sənədlərdə isə “Microsoft” açıq şəkildə etiraf edir ki, “Xbox konsol savaşlarında  uduzub”. Microsoft-a görə, 2021-ci ildə onların ümumi konsol satışlarında 16 % payı var. Ümumi konsol bazasına baxsaq, “Xbox”un yeri 21 %-dir. Yeni nəsil konsollar isə 2028-ci ilin payızınadək buraxılmalıdır.

Əvvəlki hesabatlarda PS 6-nın 2027-ci ildə çıxacğı iddia edilmişdi. “Microsoft”un bu tarixi seçməsinin səbəbi, təbii ki, “Call of Duty” ilə bağlıdır. Yeni nəsil konsollar bu tarixdə satışa çıxarılarsa, PS6 “Microsoft”un təklif etdiyi 10 illik “Call of Duty” təklifi çərçivəsində seriyanın oyununu yayımlatdıra biləcək.

“Intel”14-cü nəsil prosessorlarını təsdiqlədi

“Intel”in notbuklar və PC-lər üçün növbəti çip nəslinə “Raptor Lake” seriyasının yenilənməsi də daxildir. Belə ki, paylaşılan qrafiklər bizə bu çiplərin yeni adlandırma sxemlərinə bölünəcəyini deyir. Hətta “Raptor Lake Refresh” seriyasının özü də “Core”“Core i” ailələrinə bölünəcək, yəni “Core” brendinqi “Meteor Lake” (mobil) və “Raptor Lake U Refresh” (mobil) üçün tətbiq olunacaq. Köhnə “Core i” sxemi “Raptor Lake-S Refresh” (PC) və “Raptor Lake-HX Refresh” (mobil) tərəfindən istifadə olunacaq.

Bundan əlavə, “Intel” “Core 3”, “5”“7” çiplərinin daxil olduğu “Raptor Lake-U” seriyasını “Meteor Lake” prosessorlarında olacaq "Core Ultra"dan ayıra bilib. Qeyd edək ki, hər 2 arxitektura 14-cü nəslin bir hissəsi olacaq. Ona görə də bu dəyişikliyin arxitekturalar arasındakı seriyaları ləğv etdiyini görürük. Bir seriya altında birdən çox arxitekturanı birləşdirən brendinqin olması buna açıq sübutdur.

Digər görüntüdə isə “Meteor Lake”“Raptor Lake-U” mobil CPU-larının 1-ci nəsil “Core Ultra” markası ilə başlayır. Deyə bilərik ki, bu məlumat əvvəlki yayılan məlumatlarda qarşılaşdığımız “Core Ultra 5 1003H”“Intel Core Ultra 7 1002H” nömrələmə sxemini təsdiqləyir. Beləliklə, “10xx” model nömrələri ilə qarşılaşacağımız şübhəsizdir.

“AzerTelecom” və “KazakhTelecom” arasında müqavilə imzalanıb

AzerTelecom və Kazakhtelecom Transxəzər fiber-optik rabitə xətti layihəsi çərçivəsində müqavilə imzalayıb (FOTO)

“Trend”ə istinadən, sənəd “AzerTelecom” şirkətinin daxil olduğu “NEQSOL Holding”in Telekom rəhbəri V.Latsaniç“KazakhTelecom”un İdarə Heyətinin sədri K.Yesekeyev tərəfindən imzalanıb. Transxəzər Fiber-Optik Rabitə Xətti “Digital Silk Way” layihəsinin rəqəmsal infrastrukturun inkişafında və Avropa ilə Asiyanı birləşdirəcək rəqəmsal telekommunikasiya dəhlizinin yaradılmasında rolu böyükdür. “Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.

“WhatsApp”dan yeni özəllik!

“WABetaInfo” WhatsApp-ın 2.23.13.11 beta versiyasında sınaqdan keçirilmiş funksiyanı açıqlayıb. Bu funksiya sayəsində istifadəçilər fərdi və qrup söhbətlərində mesajın “pin” müddətini təyin edə biləcəklər. Bu yolla istifadəçilər mesajın nə qədər “pin”də qalacağına qərar verə biləcəklər. Sözügedən özəllik haqqında skrinşot paylaşılıb. Ekran görüntüsündə 3 fərqli seçim görünür: 24 saat, 7 gün30 gün. Vaxtı keçmiş mesaj “pin”dən avtomatik silinəcək.

Posted 
Jun 23, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All