Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Həmyerlimiz Mortal Kombat üzrə turnirdə 2 qat Avropa Çempionu olub

Mortal Kombat 1 üzrə Avstriyanın paytaxtı Vyana şəhərində "Viennality 2k23" turniri keçirilib. Finala kimi yüksələn MK_Azerbaijan təxəllüsü ilə bilinən Həmid Mustafayev Böyük Britaniyalı rəqibi Aoron Davis-i məğlub ederək ikinci dəfə Avropa birincisi olub. Qeyd edək ki, Həmid Mustafayev "Cyber Athletics Azerbaijan" təşkilatının və "East Legends Esports" komandısının üzvüdür.

“Reddit” ilə qızılı pula çevirə biləcəksiniz

A screenshot of Reddit’s golden upvotes.

Reddit istifadəçilərə real pul qazanmağa imkan verəcək “Contributor Program” sistemini işə salıb. İstifadəçilər platformadakı paylaşımlarından qazandıqları “qızılları” real pula çevirə biləcəklər. Postun altındakı bölmədə 1 qızıl, ya da 25 qızıl almaq olar. Rüsumlar 1,99 $-dan başlayır və 49 $-a qədər yüksələcək. İstifadəçilər bu qızılları digər istifadəçilərə paylamağa başlayanda pul qazanmaq imkanı əldə edəcəklər. Daha çox qızıl toplayan Reddit istifadəçisi daha çox qazanacaq.

"Getir" və "Uber Eats" Böyük Britaniyada əməkdaşlıq edib

Lieferdienste: Getir und Uber Eats schmieden europaweite Partnerschaft

"Getir" "Uber Eats" ilə əhəmiyyətli bir ortaqlığa imza atıb və əməkdaşlıq edib. Əməkdaşlığın bir hissəsi olaraq, bu gündən etibarən Böyük Britaniyadakı “Uber Eats” istifadəçiləri “Getir”in xidmət şəbəkəsindən yararlanaraq dəqiqələr ərzində 2000-dən çox məhsula daxil ola biləcəklər. Yalnız yemək üçün istifadə edilən “Uber Eats” bu əməkdaşlıqla ərzaq məhsullarının sürətli çatdırılmasını təmin edə biləcək.

Spotify "Jam" funksiyasını təqdim etdi

Spotify Unveils Jam, a New, Personalized Way to Listen With Your Entire  Squad — Spotify

Spotify yeni funksiyalar qazanmağa davam edir. Şirkətin istifadəçilərə təqdim etdiyi son xüsusiyyət "Jam" adı ilə təqdim olunub. Spotify “Jam” bir qrup insanın birlikdə musiqi dinləyə biləcəyi yeni funksiyadır. Yeniliklə premium istifadəçilər playlist nəzarətini dostları ilə paylaşa biləcəklər. Bu yeni xüsusiyyəti musiqi dinləmək üçün mövcud olan “WhatsApp” qrupu kimi düşünə bilərsiniz.

Lisenziyalı şəkillər təqdim edən "Generative AI by Getty Images" elan edildi

Generative AI by Getty Images Nvidia Art Copyright | Hypebeast

Bu sistemin onu rəqiblərindən fərqləndirən ən mühüm cəhəti müəllif hüququ və ya lisenziya ilə bağlı problem yaratmayacağıdır. Çünki sistem internetdən çəkilmiş şəkillərdən deyil, birbaşa "Getty Images" kitabxanasındakı məzmun, o cümlədən premium məzmun vasitəsilə öyrədilib. Bununla da, istifadəçilər əldə etdikləri şəkillərdə "müəllif hüququ" probleminin olmadığına əmin olacaqlar.

Posted 
Sep 26, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All