Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Hökumət Ödəniş Portalının saytı və mobil tətbiqi fəaliyyətini dayandırıb

Hökumət Ödəniş Portalının internet səhifəsinin (https://gpp.az) və mobil tətbiqinin fəaliyyəti dayandırılıb. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Məlumatda qeyd olunub:

"HÖP-ün internet səhifəsi və mobil tətbiqi vasitəsilə apardığınız ödənişləri bankların, həmçinin bank olmayan ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet və mobil xidmətləri vasitəsilə həyata keçirə bilərsiniz".

“OpenAI”: "Biz ChatGPT üçün müəllif hüquqları ilə qorunan məzmundan pulsuz istifadə etməliyik"

OpenAI, Microsoft hit with new author copyright lawsuit over AI training |  Reuters

"OpenAI" özünü müdafiə edərkən bildirib ki, onların başqa seçimləri yoxdur. “The Telegraph”ın məlumatına görə, “OpenAI” böyük müzakirələrə səbəb olan məsələ ilə bağlı müdafiəsində aşağıdakı açıqlamaları verib:

“Bu gün müəllif hüquqları bloq yazıları, fotoşəkillər, forum yazıları və bir çox sahəni əhatə edir. Müəllif hüquqları ilə qorunan materiallardan istifadə etmədən müasir süni intellekt modellərini öyrətmək qeyri-mümkün olardı”.

“Togg”un rəsmi saytında “T10F” üçün xüsusi səhifə ayrılıb

Togg T10F
“Togg”un rəsmi saytında CES 2024 çərçivəsində təqdim edilən “Togg T10F” fastback modeli üçün xüsusi səhifə ayrılıb. Səhifədə nəqliyyat vasitəsi haqqında belə yazılıb: “T10F sadəcə bir avtomobil deyil, həm də “Togg” ekosisteminə qoşulan və həyatınızı asanlaşdıracaq həllər təklif edən ağıllı bir cihazdır”.

2025-ci ildə satışa çıxması hədəflənən avtomobilin qiyməti hələlik məlum deyil.

"SpaceX" kosmosdan telefonlara internet təmin edir

“T-Mobile” “SpaceX”in birgə keçirdiyi tədbirdə əhəmiyyətli açıqlamalar elan edilib. Tədbirdə "peykdən mobil rabitəyə" infrastrukturu ilə bağlı edilən açıqlamalar böyük səs-küy yaradıb. “SpaceX”in yeni nəsil peykləri birbaşa smartfonlara peyk interneti təmin etmək qabiliyyətinə malikdir. Bu infrastruktur “T-Mobile”ın ABŞ-dakı 5G şəbəkəsi ilə birləşdirilərək ölkənin demək olar ki, hər yerini əhatə edə biləcək.

"Apple Car" üçün sürücüsüz avtomobil testləri davam edir

“Apple Car” elektrikli avtomobil layihəsi üçün bu gün yeni məlumatlar gündəmə gətirilib. Son məlumata görə, sınaqlar yenidən sürətləndirilib. Şirkətin hazırda ABŞ-da yerləşən 68 avtomobildə 162 fərqli sürücü ilə sınaqları davam etdirdiyi bildirilib. Qeyd edək ki, sınaqlarda digər firmaların modifikasiya edilmiş avtomobilləri istifadə olunur.

Posted 
Jan 11, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All