Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

“Adobe” 20 milyard dollarlıq “Figma” müqaviləsindən niyə imtina etdiyini açıqlayıb

adobe figma

Bildirilib ki, hər iki qurum razılaşmanı rəqabətə zidd hesab edib. Avropa Komissiyasının bəyanatında deyilir ki, saziş “qlobal bazarlarda rəqabəti əhəmiyyətli dərəcədə azaldacaq”. Bir həftə sonra Böyük Britaniya Rəqabət və Bazarlar İdarəsi müqaviləni bloklayıb.

Oyun gizlətmə xüsusiyyəti “Steam”ə gəlir 

A screenshot showing the “for my account: private” option in the Steam shopping cart.

“Steam” oyunları kitabxanalardan gizlətməyə imkan verən yeni funksiya üzərində işləyir. Beta istifadəçilərinə çatan yeni xüsusiyyət çox yaxında bütün istifadəçilər üçün də əlçatan olacaq. Platformanın rəsmi açıqlamasına görə, artıq oyunçular bəzi oyunları alarkən onları gizlədə biləcəklər. Bundan əlavə, əvvəllər alınmış oyunlar da gizli oyun kateqoriyasına yerləşdirilə bilər.

"İçərişəhər"in mobil tətbiqi yaradılacaq

İçərişəhər - Uşaq Bilik Portalı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi haqqında mobil tətbiq yaradılacaq. Mobil tətbiqdə İçərişəhərin onlayn xəritəsi olacaq, onunla ərazini gəzmək, yeni səfər planlaşdırmaq və bu səfəri başqa istifadəçilərlə tətbiq daxilində paylaşmaq, məkanlara reytinq vermək (1-5 bal/ulduz) imkanı olacaq. Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, otellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Bundan başqa, mobil tətbiq istifadəçiləri İçərişəhərdəki muzeylər, qalereyalar, otellər, restoranlar və s. haqqında məlumat əldə edə biləcək. Onun istifadəçi interfeysi və kontenti Azərbaycan ingilis dillərində hazırlanacaq.

MIT-in forma dəyişdirən displeyi sizə əlinizi uzadıb kiməsə toxunmağa imkan verir

MIT dinamik formaya sahib ekranını təqdim etdi. Bu displey 3D məzmunu göstərmək üçün fiziki olaraq cihazın formasını dəyişdirməyə imkan verir. “Fast Company”nin verdiyi məlumata görə, displey "inFORM" olaraq adlanır. "inFORM" qoşulduğu cihazı yuxarı və ya aşağı hərəkət etdirə bilir və bu, yeni üsul qarşılıqlı əlaqəni mümkün edir.

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 63 % artırıb

Son illərdə Azərbaycana avtomobil idxalı əhəmiyyətli dərəcədə artıb - "İki  sahil"

Bu ilin yanvar-noyabr aylarında Azərbaycan 1 milyard 522 milyon ABŞ dolları dəyərində 88 738 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib. 11 ay ərzində əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 32,75 % artaraq 81 824 ədəd (1 milyard 377,4 milyon ABŞ dolları dəyərində) təşkil edib. Bu avtomobillərin 2 737-i (111,1 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri olub.

“Apple Watch” satışları dayandı

Apple halting Apple Watch Series 9 and Ultra 2 sales: Here's why - 9to5Mac

Şirkət “Apple Watch Series 9” “Apple Watch Ultra 2”nin ABŞ-da onlayn satışını dayandırıb. Satışın dayandırılması “SpO2” sensorları ilə bağlı patent mübahisəsindən sonra baş verib. “Apple” artıq öz saytında ən yeni saatlarını satmasa da, onlar hələ də “Apple” mağazalarında mövcuddur. Dekabrın 24-dən etibarən təxminən 270 pərakəndə satış nöqtəsində cihazın satışı dayandırılacaq.

"SpaceX" 92 uğurlu əməliyyatla bu ilin rekordunu qırdı!

SpaceX applies for satellite connectivity license with DoT: Report

Elon Musk bu il üçün 100 buraxılış hədəfləmişdi. Dekabrın 7-nə olan məlumata görə, "SpaceX" 92 buraxılışla hədəfinə ən yaxın olan şirkət olub. Bundan əlavə, “SpaceX” şirkəti “NASA” da daxil olmaqla digər təşkilatlara il ərzində faydalı yüklər daşıyıb. Qeyd edək ki, mart ayında dörd astronavt Beynəlxalq Kosmik Stansiyaya “SpaceX”in "Crew Dragon" gəmisi ilə gəlmişdi.

"Logitech" və "Lenovo" yeni bir əməkdaşlığa imza atıb

logitech

"Logitech" "Lenovo" planşetlərini kompüterə çevirmək istəyən bütün istifadəçilər üçün yeni kampaniyaya başlayıblar. Yeni paket kampaniyası çərçivəsində "Logitech"in ən çox seçilən modellərindən olan "Logitech Pebble 2" simsiz klaviatura və siçan dəsti ilə "Lenovo"nun "Tab M10" (3-cü nəsil) və "Yoga Tab 11" modelləri eyni paketdə bir araya gətirilib. "Easy-Switch" texnologiyası sayəsində klaviatura və siçan Lenovo planşet, noutbuk/masaüstü kompüter və telefon kimi üç cihaz arasında asanlıqla keçid etməyə imkan verir.

Posted 
Dec 22, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All