İ

nnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) və qlobal oyun biznesinin nəhənglərindən biri olan “Xsolla” şirkətinin birgə əməkdaşlığı ilə Azərbaycanda oyun studiyaları üçün ilk dəfə keçirilən beynəlxalq inkubasiya proqramı – “IDDA - Xsolla Incubation Program” təqdimatı həyata keçdi. İRİA-nın dəvəti ilə iştirak etdiyimiz bu tədbir 11 may 2025-ci il tarixində Azərbaycan İnnovasiya Mərkəzində baş tutdu. Tədbirdə seçilmiş komandalar öz layihələrini uğurla təqdim etdilər.

Tədbir çərçivəsində “Xsolla” şirkətinin proqram direktoru Manny Hachey inkubasiya proqramı haqqında ətraflı məlumat verdi.

Seçilmiş 10 komandanın çıxışlarından əvvəl isə Xsolla əməliyyatlar direktoru Paraag Amin oyun biznesinin vacibliyindən bəhs etdi!

Onun sözlərinə görə, oyun dünyasında kifayət qədər istedad, bacarıq və yaradıcılıq olsa da, bütün bunların uğura çevrilməsi üçün güclü bir biznes çərçivəsi qurulmalıdır.

“Biz bu proqramla dəfələrlə vurğulayırıq ki, əsas məsələ oyun biznesidir və bu sahədə uğurlu biznes necə qurulacağını izah etməkdir. Ölçülə bilən və genişlənə bilən bir biznes modeli yaratmaq isə hər kəsin əsas hədəfidir”.

Çıxışlar arasında diqqətçəkən işlərdən biri "Greedshot" oyunu idi. Layihənin yaradıcıları bildirirlər ki, oyun klassik “boomer shooter” janrının sürətini “roguelike” oyunların xaosu ilə birləşdirir. Müasir qrafik üslub və anime estetikası isə oyuna tamamilə fərqli bir atmosfer qatır.

“Greedshot” həmçinin absurd yumor, distopik dünya və sürətli, intensiv gameplay ilə seçilir. Tərtibatçılar oyunun gələcəkdə beynəlxalq səviyyədə uğur qazana biləcək potensiala sahib olduğunu deyirlər.

Proqramın sonunda isə uğurla fərqlənən 3 qalib startap 50, 75 və 100 min manatlıq pul mükafatı əldə edəcək. Qalib komandalar avqust ayında elan ediləcək.

Tədbirdə aşağıdakı 10 oyun studiyası öz oyun layihələrini təqdim etdi və inkubasiya proqramının iştirakçısı oldu:

  • "85 Games Studio"The Last Station
  • "Devort"Darkness Below
  • "BGAI Tech"Offload Hero
  • "Shadow Market"Shadow Market
  • "Curseway"Curseway
  • "Massive Paradox"Greedshot
  • "Dynamic Box"Madness Afloat
  • "Cool Bears Game Studio"Dice Math
  • "Polydream Studio"White Desert
  • "ExTerra Studio"Biomass

Təqdimat zamanı iştirakçılar mentorlarla görüşüb sual-cavab sessiyalarında öz layihələri haqqında ətraflı məlumat verdilər. Tədbir həmçinin gənc oyun studiyaları üçün şəbəkələşmə və beynəlxalq əməkdaşlığa açılan qapı oldu.

Bu proqram ölkənin oyun sənayesində ilk ciddi addımlardan biri hesab olunur və Azərbaycanın kreativ iqtisadiyyatının inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

Posted 
May 14, 2025
 in 
Event
 category

Daha çox

Event

 kateqoriyasından

View All