C

ES Amerikada daha çox məşhur ola bilər, lakin Avropada ilin ən böyük texnoloji sərgisi IFA hesab olunur. Bu o deməkdir ki, sərgidə günümüzün texnologiyasının indi harada olduğunu və növbəti 12 ayda hara getdiyini aydınlaşdıracaq çoxlu vitrinlər görəcəyik.

IFA 2022: Global Tech Reboot in September in Berlin | Exhibition Showcase

IFA 2023-cü il sərgisi bu il Almaniyanın Berlin şəhərində keçirildi. Sentyabrın 1-də qapılarını ziyarətçilərin üzünə açan yarmarka sentyabrın 5-dək davam edərək sektorun bir çox aparıcı brendlərini qəbul edib. Samsung-dan LG-yə qədər bir çox nəhəng şirkətlər ilk dəfə olaraq yeni soba, paltaryuyan və televizorlarını təqdim etdi. Gəlin birlikdə sərgidə nümayiş olunmuş məhsullara nəzər salaq.

LG Smart Cottage

LG-nin Smart Cottage adlı yeni prefabrik evi LG-nin məhsulları ilə tam təchiz olunub. Paltaryuyan maşınlardan tutmuş quraşdırılmış sobalara və su təmizləyicilərinə qədər bir çox fərqli LG məhsulları prefabrik evin ehtiyaclarını ödəyir. Evin elektrik enerjisi damda quraşdırılmış günəş panellərindən əldə edilir. Panellərin nə qədər enerji istehsal etdiyi və evin nə qədər enerji istehlak etdiyi LG-nin ThinQ tətbiqindən izlənilə bilər. LG-nin iddiasına görə, damlardan gələn elektrik hətta Teslanı şarj etməyə kifayət edir.

LG Homebrew Machine

LG-nin ilk dəfə 2019-cu ildə təqdim etdiyi Homebrew konseptinin daha inkişaf etmiş versiyası olan Homebrew Machine evdə pivə istehsal etməyə imkan verir. Bildiyiniz qəhvə maşınlarında kapsulların pivə versiyasını düşünün, proses tam olaraq eynidir. Hazırda yalnız İtaliyada satışda olan cihaz gələn il bütün dünyada satışa çıxarılacaq.

LG StandbyME Go

LG-nin Smart Cottage konseptinin bir hissəsi olan bu mobil televizoru öz çamadanı ilə getdiyiniz hər yerə apara bilərsiniz. Öz enerji mənbəyinə malik olduğu üçün daşındığı yerdə cihazın işləməsi üçün elektrik lazım olmur.

Samsung Food

Bu ilki IFA üçün süni intellekt konsepsiyasına diqqət yetirərək, Samsung yemək bişirməyə kömək etmək üçün yeni proqram təqdim etdi. Süni intellektin dəstəyi ilə “Samsung Food” adlı proqram sizdə olan inqrediyentlərə görə dünyanın hər yerindən reseptlər təqdim edir. Tutaq ki, bir limonunuz var və proqramda onun şəklini çəkirsiniz. Samsung Food sizə bu limondan hansı yeməklərdə, hansı dünya mətbəxində öz istəyimizə uyğun istifadə edə biləcəyimizi göstərir.

Samsung BESPOKE AI Combo

Samsung-un yeni paltaryuyan maşını BESPOKE AI Combo yuma və qurutma funksiyalarını bir yerdə cəmləşdirir. AI Wash xüsusiyyəti sayəsində maşın hər yükdə parçaların çəkisini və yumşaqlığını müəyyən edir və beləliklə istifadə olunacaq su və yuyucu vasitənin miqdarını optimallaşdırır.

The Dreame Roboticmower A1

Çin texnologiya şirkəti Dreame robot tozsoranlarını bağlara uyğunlaşdırmağa qərar verdi. Evlərdə döşəmələri süpürən robotların otbiçən versiyası kimi düşünün. Yeni cihaz bir sözlə, bağlarda avtonom şəkildə hərəkət edir və uzun otları qısaldır.

Lenovo Legion Go

Lenovo keçən il Steam Deck ilə rəqabət aparmaq və portativ texnologiyalara maraq göstərən PC oyunçularını cəlb etmək üçün Legion Go adlı öz portativ oyun konsolunu təqdim etdi. Texniki baxımdan, Legion Go Steam Deck-ə çox güclü bir alternativ təklif edir.

Lenovo Legion 9i

Lenovo yarmarkada nəinki Legion Go-nu təqdim etdi, həm də bir ilkə imza atdı. Şirkətin yarmarkada təqdim etdiyi Legion 9i adlı oyun kompüteri maye soyutma sisteminə malik ilk 16 düymlük noutbuk idi. Masaüstü səviyyəli performans vəd edən Legion 9i 2TB SSD yaddaşı, 64GB RAM və 4400 dollar qiymət etiketi ilə Nvidia GeForce RTX 4090 qrafik kartına sahibdir. 165Hz yeniləmə tezliyi olan ekranı qeyd etməmək olmaz.

Honor V Purse

Honor V Purse qatlandıqda çantaya çevrilən telefondur. Honor-un məhsulla birlikdə satdığı çanta qayışları qatlanan zaman qalınlığı 9 mm olan telefonun sağ və sol künclərindəki bölmələrə taxıla bilər.

Jlab Jbuds Mini 

JLab avtomobil açarından kiçik olan və 5 rəng variantında təqdim olunan yeni bluetooth qulaqlıq Jbuds Mini cihazını sərgidə nümayiş etdirib. 40 dollar qiymətə sahib qulaqlıqların möhkəm batareya ömrü, səs-küyü ləğv edən mikrofon və birdən çox cihaza eyni vaxtda qoşulma kimi bir sıra xüsusiyyətləri mövcuddur.

JBL Authentics 200/300/500

Şirkət eyni anda 2 fərqli səsli köməkçisindən istifadə etmə qabiliyyətinə malik olan yeni seriyası ilə sektorda yeniliklər etdi. Mükəmməl səs və performans şüarı ilə təqdim edilən seriya hər bir model üçün təkmilləşdirilmiş xüsusiyyətlər təklif edir. Yeni cihazda Bluetooth, Wi-Fi USB kimi bir çox əlaqə variantları mövcuddur. İstifadəçilərin JBL-in saytından ala biləcəyi və müvafiq olaraq 249,99 dollar, 449,99 dollar və 699,99 dollar dəyərində olan cihazların Avropada 15 sentyabrda satışa çıxarılacağı gözlənilir.

JBL Partybox Ultimate

Bu günə qədər partybox seriyasının ən böyük üzvünü təqdim edən şirkət Partybox Ultimate ilə çalğı siyahılarındakı musiqi ilə sinxronlaşan işıq şousu təqdim edir.

Aqara T1M Tavan Lampası

İkinci ağıllı işıqlandırma məhsulunu təqdim edən Aqaranın 50 sm diametrli tavan lampası istifadəçilərə 16 milyon canlı rəngə qədər geniş rəng çeşidi təqdim edir. Tavan lampasından başqa 4 fərqli ağıllı ev texnologiyasını təqdim edən şirkət önümüzdəki aylarda satışa çıxması gözlənilən məhsullar üçün konkret tarix qiymət açıqlamayıb.

TCL 40 NXTPAPER 4A/ TCL 40 NXTPAPER 4A 5G

Dünyanın ilk kağıza bənzər smartfon seriyasını inkişaf etdirən TCL NXTPAPER 4A və TCL NXTPAPER 4A 5G modelləri ilə yarmarkada böyük maraqla qarşılandı. İstifadəçilərin göz sağlamlığını ön planda tutaraq dizayn edilən hər 2 model sağlamlıq üçün zərərli olan mavi işığı minimum səviyyədə yayır.

Posted 
Sep 7, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All