İ

lon Mask işçiləri üçün qəsəbə tikir!

"Tesla"nın baş icraçı direktoru İlon Mask "Teksas" ştatının "Bastrop" qraflığında işçilərinin həm yaşayıb, həm də işləyə biləcəyi şəhərcik salmağı planlaşdırır. Onun şirkətlərinin düzülüşü "Kolorado" çayı boyunca bir növ "Teksas" utopiyası yaradacaq. Planlaşdırılan şəhərcik tikilməkdə olan "Boring" və "SpaceX" obyektlərinə bitişik olacaq. Qeyd edək ki, şirkətin prezidenti də daxil olmaqla bəzi işçilər bütöv bir şəhər yaratmaq da daxil olmaqla daha böyük planlar təsvir ediblər.

"FTB" Çin hökumətinə xəbərdarlıq etdi!

"FTB" direktoru Kristofer Vrey xəbərdarlıq edərək bildirib ki, Tayvanı işğal edəcəyi təqdirdə, Çin hökuməti, "ByteDance" nəzdindəki sosial media nəhəngi olan "TikTok"dan milyonlarla insan haqqında olan məlumatlara nəzarət etmək üçün istifadə edə bilər.

"Reddit"ə yenilik gəlir!

"Reddit"ə istifadəçilərin yalnız video məzmuna baxa biləcəkləri, "TikTok"a bənzəyən bir səhifə gələcək. Hazırda sınaqda olan yeni yayım səhifəsinin yaxın həftələrdə istifadəyə veriləcəyi gözlənilir.

"Starbucks" dan rekord satış!

Nə qədər qəribə olsa da, bu satışa heç bir qəhvə növü daxil olmayıb. NFT satışları sayının zirvəyə qalxmasından və çökməsindən bir il vaxt keçsə də, bu proses, milyard dollarlıq korporasiyaların fəaliyyətə qoşulmasına mane olmayıb. "Starbucks" bu gün 2000 ədəd rəqəmsal NFT kolleksiyasını, hər birinin qiyməti 100 dollar olmaqla satışını həyata keçirməyi bacarıb. "CoinDesk" xəbər verir ki, "möhürlər" 20 dəqiqədən az müddətdə satılıb. NFT-lərlə buradan tanış ola bilərsiniz:

"Apple" klassik musiqi tətbiqini təqdim edir

"Apple Music Classical" tətbiqini "App Store"dan əldə etmək mümkün olacaq. Onu digər platformalardan fərqləndirən isə daha dərin axtarış sisteminin mövcudluğudur. "Apple" bu platformanın martın 28-də satışa çıxarılacağını elan edib. “Apple Music Classical" tam optimallaşdırılmış axtarışla dünyanın ən böyük klassik musiqi kataloqunu bizə təqdim edir. Burada istənilən səsyazmanı tapmaq tez və asan olacaq. Eyni zamanda dinləyicilər mövcud olan ən yüksək audio keyfiyyətdən həzz ala biləcəklər. Tətbiqin istifadə qaydaları:

İlon Mask insafa gəldi

"Starlink"in depozit xidmətində böyük endirim edilib. Beləki, Amerikanın peyk şirkəti olan "Starlink" bu gün göndərdiyi elektron poçtda depozit qiymətində endirim etdiyini açıqlayıb! Məktubda depozit haqqının 99 dollardan 9 dollara düşdüyü bildirilib.

Bu böyük fərq tezliklə sosial medianın gündəmini zəbt edib. Endirim olunan ölkələr sırasında: Amerika Birləşmiş Ştatları, Kanada, İngiltərə, Almaniya, Belçika, İrlandiya, Danimarka kimi ölkələr də var.

"Google"dan xəbərdarlıq

Şirkət Süni zəka üçün böyük addım atacaq. "OpenAI" tərəfindən hazırlanmış "ChatGPT"nin xüsusiyyətləri sayəsində bir çox fərqli sahələrdə fərqləndiyi göz önündədir. "Microsoft" tərəfindən "Bing" axtarış sisteminə inteqrasiya edilən "ChatGPT"nin hazırda "Word", "Outlook", "PowerPoint" proqramları üçün də inteqrasiyası planlaşdırılır. Əgər bu baş verərsə, "Google" bu baxımdan geridə qala bilər. Şirkətin ən böyük rəqibi olan "Microsoft" süni zəkaya milyon dollarlıq yatırım edir. Buna görə də şirkət geri qalmamaq üçün addım atmağı düşünür. "Google" ən populyar məhsullarında süni zəkadan da istifadə etməyi düşünür.

Necə deyərlər: Qonşudan geri qalma!

"DuckDuckGo"dan "Google Chrome"u qısqandıracaq hərəkət

Şirkət süni intellektlə dəstəklənən axtarış alətinin beta versiyasını təqdim edib. Yeni funksiya təkcə süni zəkadan yox, vikipediya və ensiklopediyadan da dəstək alacaq. Bu da axtarış və ya hər-hansı bir məlumat əldə etmək istədiyimizdə prosesi daha da rahat edəcək. Eyni zamanda şirkət bildirir ki, "DuckAssist" bir neçə süni intellektlə işləyən vasitələrdən yalnız biridir. "Beta" sınağı yaxşı keçərsə, şirkət "DuckDuckGo" saytında axtarış alətindən istifadəni hər kəs üçün əlçatan etməyi planlaşdırır.

Posted 
Mar 10, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All