B

loomberg-dən Mark Gurman-ın sözlərinə görə, Apple iOS 17-də iPhone ekranından ağıllı evlər üçün displey hazırlamaq istəyir. Gurman-ın sözlərinə görə, telefon kilidləndikdə və üfüqi vəziyyətdə olduqda interfeysdə hava, təqvim görüşləri və bildirişlər canlanacaq.

iOS 17 Said to Feature Wallet, Find My, SharePlay, and AirPlay Upgrades -  MacRumors

Gurman bildirir ki, bu şablonlar qaranlıq fonda parlaq mətnlə nəzərə çarpacaq və Apple-ın iOS 16 ilə gətirdiyi kilid ekranı şablonları bir az da yaxşılaşdırılacaq. Bu funksiya iPhone-unuzu masaya qoyduğunuz zaman və bildirişləri, eləcə də qarşıdan gələn görüşləri izləmək istədiyinizdə çox işinizə yarayacaq.
Gurman, həmçinin deyir ki, Apple bu xüsusiyyəti iPad-ə də gətirmək istəyir və cihazla birgə istifadə edə biləcəyiniz maqnit qurğusu üzərində işlər gedir. iPhone-unuzu sanki stenddə yeni bir telefon kimi quraşdıraraq bir sıra ağıllı ev idarəetmə vasitələrini konfiqurasiya edə və ya onun rəqəmsal fotoçərçivə kimi də işləməsini təmin edə bilərsiniz.

iOS 17: iPhone можно будет использовать в качестве смарт-дисплея при  блокировке

“Apple”ın bu xüsusiyyətləri gələn ay WWDC-də iOS 17 ilə təqdim edəcəyi gözlənilir. Əməliyyat sisteminə gələn digər yeniliklər gün ərzində fikirlərinizi daxil etməyə imkan verən “Journal” proqramı və “Wallet” tətbiqi ilə bağlıdır.

Posted 
May 25, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All