Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone 15 Pro Max ən çox satılacaq model ola bilər

Apple analitiki Ming Chi Kuo-nun proqnozuna görə, ən çox satılan model iPhone 15 Pro Max olacaq. Ming Chi Kuo iddia edir ki, iPhone 15 Pro Max öz sırasındakı tədarüklərin 35-40%-ni təşkil edəcək. Şirkətin ilin sonuna qədər təxminən 80 milyon, 2024-cü ilə qədər isə 250 milyon tədarük edəcəyi gözlənilir.

Eyni zamanda,  iPhone 15 Pro Max yeni periskop obyektivinə malik yeganə model olacaq ki, bu da kameranın optik zoom diapazonunu əhəmiyyətli dərəcədə artıracaq. Bu xüsusiyyət bəzi iPhone istifadəçiləri, xüsusən də peşəkar fotoqraflar tərəfindən çoxdan tələb olunur, çünki Samsung Galaxy S23 Ultra kimi digər smartfonlarda artıq bu texnologiya var.

"Youtube Music"ə yeni xüsusiyyət gəlir

Əksər smartfon istifadəçiləri telefonlarında musiqi dinləmək üçün SpotifyApple Music kimi musiqi platformalarından istifadə edirlər. Youtube Premium ilə təklif olunan "Youtube Music" də həmin platformalardan biridir.

"Youtube Music" rəqiblərinin təklif etdiyi bir çox xüsusiyyətləri təklif etsə də, tətbiqin bir mühüm xüsusiyyəti indiyədək çatışmırdı. Yeni gələcək "Live Lyrics" xüsusiyyəti ilə "Youtube Music" Android iOS tətbiqlərində canlı musiqi sözləri təqdim edəcək. "Live Lyrics" adlanan funksiya ilkin olaraq bütün musiqilər üçün mövcud olmasa da zamanla daha çox musiqi üçün əlçatan olacaq.

Asus rəsmi olaraq “Zenfone” iddiasını rədd edib

Asus son zamanlarda “Zenfone” seriyası ilə gündəmə gəldi. Tayvandan gələn bir hesabat Asus-un son illərdə çox da aktiv olmayan “Zenfone” smartfon seriyasına son qoyacağı ilə bağlı iddia irəli sürdü. Məsələ ilə bağlı rəsmi açıqlama verən şirkət “Zenfone” seriyasını bitirməyəcəklərini təosdiqləyib.

OpenAI ChatGPT-nin yeni versiyasını təqdim edəcək

OpenAI ChatGPT üçün yeni versiyanın hazırlandığını açıqladı. OpenAI-dan verilən açıqlamalara görə, şirkət iş dünyasında böyük payı olan korporativ şirkətlər üçün ChatGPT-nin yeni versiyası üzərində işləyir. “ChatGPT Enterprise” adlanan yeni versiyanın daha əhatəli əmrlər ilə iş dünyasını yaxşılaşdıracağı gözlənilir.

Sözügedən versiya ilə məxfilik, təhlükəsizlik səmərəlilik kimi bəzi əsas xüsusiyyətləri ön planda tutan şirkət bu sahədə olduqca iddialı olduğunu bir daha ortaya qoyur.

"Nothing"in “Watch Ultra” oxşarı ilk ağıllı saatı ortaya çıxdı

“Nothing” bu dəfə "CMF" ağıllı saatları ilə gündəmdədir. Şirkət Apple Watch Ultra oxşarlığı ilə diqqət çəkən “CMF Watch Pro” modeli üzərində işə başlayıb. Bluetooth vasitəsilə telefon zəngləri edə bilən Watch Pro-nun ekran söndürüldükdə 13 günlük batareya ömrü olacaq. Saatın qiymətinin təxminən 55 $ olacağı gözlənilir.

Ayın cənub qütbünün temperaturu qeydə alınıb

Hindistanın Ayın cənub qütbünə endirdiyi “Chandrayaan-3” kosmik gəmisi cənub qütbünün temperaturunu qeydə alıb. Vikramda Ayın istilik keçiriciliyini və temperaturunu ölçən "ChaSTE" adlı sistem var. ISRO bu sistem sayəsində əldə etdikləri məlumatları paylaşıb. Məlumatda Ayın səthində 8 santimetr dərinlikdə qeydə alınan temperaturun mənfi 10 dərəcəyə endiyi bildirilib.

Posted 
Aug 29, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All