iPhone 17 Pro və Pro Max modellərində istifadə olunacaq A19 Pro çipinə aid olduğu iddia edilən Geekbench nəticələri internetə sızdırılıb. Çinli Digital Chat Station mənbəsinin paylaşdığı nəticələrə görə yeni çip tək nüvədə 4000, çox nüvədə isə 10000-dən çox bal toplayıb. Bu, keçənilki A18 Pro ilə müqayisədə müvafiq olaraq 15 % və 17 % performans artımı deməkdir.

iPhone 17 Will Feature Apple A19 and A19 Pro Chips with Cutting-Edge 3nm  Tech - SimplyMac

Hətta bəzi nəticələrdə Apple-ın M4 çipini keçdiyi iddia olunur və Snapdragon 8 Elite ilə başabaş performans göstərdiyi bildirilir. Ancaq bu məlumatların rəsmi şəkildə təsdiqlənmədiyini və hələlik iddia xarakteri daşıdığını da qeyd etmək lazımdır.

Posted 
Jun 12, 2025
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All