Y

aradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

iPhone-lar gələcəkdə su altında istifadə edilə biləcək 

How to Tell If iPhone Has Water Damage

“Apple”ın aldığı yeni patentə əsasən, şirkət iPhone modellərini tamamilə suya davamlı və suda istifadə edilə bilən hala gətirməyi hədəfləyir. Yeni patent telefonun su altında istifadəsini daha rahat edəcək xüsusi interfeysə diqqət yetirir. Bunun üçün “Apple” yeni sualtı interfeys və sualtı işıqlandırmadan istifadə edəcək.

Azərbaycanda mobil internet istifadəçilərinin sayı açıqlanıb

Mobile Internet Technology – Odak R&D Center

Son 20 ildə Azərbaycanda mobil telefon abunəçilərinin sayı artaraq 11 milyon olub. Nəticədə ölkədə hər 100 nəfərə düşən abunəçi sayı 110 olub. Bununla da rəqəmlər son 5 ilin ən yüksək səviyyəsinə çatıb. Məlumata əsasən, 3G4G mobil şəbəkəsinin əhatə dairəsinin genişlənməsinin də mobil telefon şəbəkəsinin inkişafında mühüm faktor olduğu qeyd olunub.

"Apple" visionOS üçün “App Store” açıb

Apple Vision Pro Uygulama Mağazası Ön Siparişler Başlamadan Açıldı!

“Apple” tezliklə Vision Pro-nu təqdim edəcək və sifarişlər başlamazdan əvvəl visionOS üçün App Store açılıb. Yəni rəsmi təqdimatdan əvvəl visionOS proqram mağazasında siyahıya alınan çoxlu proqramları görmək mümkün olacaq. Qeyd edək ki, Apple Vision Pro tədarüklərinin ilk partiyasının 80.000 ədədə çatacağı düşünülür.

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Tiktok"un vitse-prezidenti ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Davos İqtisadi Forumu çərçivəsində “TikTok” şirkətinin vitse-prezidenti Helena Lerş ilə görüşüb. Bu barədə Mikayıl Cabbarov öz “X” hesabındakı paylaşımında qeyd edib. Görüşdə Azərbaycanda startap ekosisteminin inkişafı istiqamətində görülən işlər, “TikTok Startap Akademiyası”nın fəaliyyəti, sosial platformaların biznesin potensialının təqdim edilməsi üçün əhəmiyyəti və əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Elon Musk "Tesla"da daha çox söz sahibi olmaq istəyir

Elon Musk, Tesla'da Daha Fazla Söz Sahibi Olmak İstiyor!

“Tesla”nın CEO-su Elon Musk şirkətdəki payının yetərli olmadığını düşünür və səsverməyə daha çox nəzarət etmək istəyir. Mütəxəssislərin fikrincə, problem Muskın Tesla-da nə qədər səsvermə nəzarəti və payına malik olmasında deyil. Problem ondadır ki, “Tesla” hazırda avtomobil təşəbbüslərindən başqa bir çox texnologiya üzərində işləyir və bu təşəbbüslər “Tesla” adından istifadə etmədən Elon Musk-ın əlində müxtəlif məqsədlər üçün istifadə edilə bilər.

Posted 
Jan 17, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All