Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Boyası 435 saat çəkən Lamborghini Revuelto Opera Unica təqdim olundu

Keçdiyimiz aylarda boyası 370 saat çəkən Lamborghini Huracan Sterrato Opera Unica modeli təqdim olunmuşdu. Şirkət bu avtomobildən sonra boyası 435 saat çəkən Lamborghini Revuelto Opera Unica modelini təqdim etdi. Məlumatlara görə, Lamborghini bu unikal avtomobili varlı bir kolleksiyaçıya 1 milyon dollardan baha qiymətə satıb.

Keçmiş "X" rəhbərlərindən biri Elon Musk-ı məhkəməyə verib

Elon's Court-Approved Twitter-Sitter, Measles in LA, and More News | WIRED

X-in keçmiş rəhbərlərindən biri Elon Musk-ın şirkəti almasından sonra büdcənin azaldılmasına etiraz etdiyi üçün işdən çıxarıldığını iddia edib. İddiaya görə, Rosa şirkətlə bağlı narahatlıqlarını dilə gətirdikdən günlər sonra işdən çıxarılıb. Rosa məhkəmə iddiası ilə yanaşı, cərimə və hüquqi ödənişlər də tələb edir.

Meta yeni süni intellektə əsaslanan alətini təqdim etdi!

Şirkət Facebook, InstagramWhatsApp platformalarında onlarla yeni süni intellekt funksiyasını sınaqdan keçirir. Imagine adlı bu süni intellekt aləti ilk dəfə noyabr ayında Meta-nın Connect tədbirində nəzərdən keçirilib. İndi “imagine.meta.com” ünvanında öz xüsusi veb-saytı ilə bu süni intellekt aləti şirkətin mesajlaşma proqramlarından ayrı olaraq da mövcud olacaq.

Windows 12 üçün tarix məlum oldu

Süni intellektin böyük rol oynadığı “Windows 12” üçün hazırlıqlar tamamlanıb. 2024-cü ilin iyun ayında yeni əməliyyat sistemini təqdim edəcək "Microsoft" dizayn, performans və istifadə baxımından Windows istifadəçilərinin gözləntilərini qarşılayacaq. Xüsusilə daha yeni avadanlıqlara sahib olan istifadəçilər süni intellekt dəstəyi ilə daha yaxşı Windows təcrübəsinə sahib olacaqlar.

"Runway" və "Getty Images" Hollivud və reklam sənayesi üçün AI modeli yaradacaq

Runway bazar ertəsi elan etdi ki, yeni generativ süni intellekt video modelini hazırlamaq üçün Getty Images ilə əməkdaşlıq edir. Bu süni intellektli video modelin adı Runway Getty Images Model (RGM) olaraq adlanır. Runway Hollivud, reklam və medianı yeni RGM modeli üçün hədəf sənaye kimi göstərir.

Posted 
Dec 7, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All