Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Kompüterlərdə "HarmonyOS" dövrü başlayır

ABŞ sanksiyalarından sonra “Huawei” öz proqram təminatını hazırlamağa başladı. Şirkət bu kontekstdə, bütün məhsullarını birləşdirmək üçün HarmonyOS əməliyyat sistemini inkişaf etdirdi. “Huawei” HarmonyOS əməliyyat sisteminin tezliklə kompüterlərə gələ biləcəyini açıqlayıb. HarmonyOS PC versiyasının açıq mənbə olacağı və “OpenHarmony” strukturu ilə təklif ediləcəyi bildirilib.

“Apple”ın keçmiş dizayneri Sam Altman ilə yeni layihə üzərində işləyir

Apple's new top priority is working on its own version of ChatGPT

“Apple”ın keçmiş dizayneri Jony Ive və Sam Altman son aylarda süni intellektə yönəlmiş yeni layihə ilə gündəmə gəliblər. “Financial Times” bu ikilinin süni intellektin iPhone-u kimi təsvir edilən cihaz hazırladığını iddia edib. Bu məhsul üçün Ive və Altman arasında aparılan danışıqlarda “SoftBank”ın baş direktoru Masayoshi Sonun da iştirak etdiyi bildirilib və onların 1 milyard dollarlıq venture quracağı bildirilib.

Böyük Britaniyada sürücüsüz avtomobillər 2026-cı ilə qədər istifadəyə verilə bilər

Kendi Kendine Giden Arabalar Nasıl Çalışır? – IoT Türkiye | Türkiye'nin En  Büyük Nesnelerin İnterneti Ekosistemi

Böyük Britaniyanın nəqliyyat naziri BBC-yə bildirib ki, 2026-cı ilin sonuna qədər Böyük Britaniyada sürücüsüz avtomobillər bəzi yollarda istifadəyə verilə bilər. Mark Harper həmçinin texnologiyanın tədricən yayılacağını və ondan istifadə edib-etməməyin fərdlərin ixtiyarına veriləcəyini vurğulayıb.

Reklamlar "Prime Video" məzmunlarına da gəlir!

Beklenen Oldu: Reklamlar, Prime Video İçeriklerine de Geliyor!

"Amazon" Prime Video məzmunlarına reklamların əlavə ediləcəyini açıqlayıb və xidmətə yeni reklamsız abunə seçimi əlavə edib. Şirkət 29 yanvar 2024-cü il tarixindən etibarən Prime Video-da reklamlara başlayacağını təsdiqləyib. Belə ki, istifadəçilər reklamsız versiyadan yararlanmaq üçün 2,99 dollar ödəməli olacaq.

Kompüterdən telefon zəngləri etməyi mümkün edən "SamsungPhone" təqdim edilib

SamsungPhone uygulaması

“Samsung” Windows 10 və Windows 11 ilə uyğun gələn "SamsungPhone" adlı tətbiqini buraxıb. Bu proqram sizə kompüterinizdən telefonunuza gələn zənglərə cavab verməyə imkan verir. Bununla belə, bu funksionallıq böyük bir çatışmazlıq ilə gəlir. "Microsoft Store" tətbiqi ilə əldə edilə bilən "SamsungPhone", hazırda yalnız “Samsung Galaxy Book 4” seriyası ilə istifadə edilə bilər.

“Money.Industries” 1,5 milyon $ dəyərində investisiya alıb

Finansal teknolojilere odaklanan Money.Industries, 1,5 milyon dolar  değerleme üzerinden yatırım aldı - Webrazzi

“Money.Industries” "Caucasus Ventures"in rəhbərlik etdiyi birinci investisiya raundunda 1,5 milyon $ dəyərində investisiya alıb. İnvestisiya raundunda “Caucasus Ventures” ilə yanaşı Həsən Cabbarov və Sabrican Zaim də iştirak edib. Startap Mərkəzi Asiya, Şərqi Avropa, Türkiyə, Afrika və Yaxın Şərq kimi bazarlarda istifadəçilərə bank hesablarına, kartlarına, fiziki ödəniş nöqtələrinə, pul kisələrinə korporativ və ya fərdi ödənişlər etmək imkanı verir.

Posted 
Dec 27, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All