Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Meta Facebook loqosunu yenilədi

Meta Facebook loqosunun rəngini dəyişib. Fərqi anlamaq həqiqətən çətindir. Yeni Facebook loqosunda gördüyümüz üzrə, çox cüzi bir dəyişiklik edildi. Şirkət yeni loqoda kiçik "f" hərfi üçün daha tünd mavi rəngdən istifadə etməyə başladı. Görünür, şirkət loqoda böyük dəyişikliklər etmək istəmir.

"Counter-Strike 2"nin buraxılışı bu tarixdə gözlənilir

Counter Strike 2 Receives First Big Update Before Summer Release Window

Valve ilk dəfə "Counter-Strike 2"ni keçən aprel ayında elan etmişdi. Şirkət X (Twitter) hesabında paylaşdığı bir yazı ilə "Counter-Strike 2"nin buraxılış tarixi ilə bağlı ipucu verib. Paylaşılan yazıda birbaşa oyundan söhbət getməsə də oyunu gözləyənlər bunun "Counter-Strike 2" ilə bağlı olduğunu düşünüb.

Belə ki, oyunun 27 sentyabrda çıxış edəcəyi gözlənilir. Qeyd edək ki, "Counter-Strike 2"nin bütün oyunçulara nə vaxt təqdim ediləcəyi ilə bağlı dəqiq tarix məlum deyil.

Elon Musk təsdiqlədi: "X hər kəs üçün ödənişli olmayacaq"

Elon Musk's X Gets Money Transmitter Licenses in 7 US States! - Coinpedia  Fintech News

Bu yaxınlarda İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşən Elon Musk irəlidə X (Twitter) platformasından istifadə üçün “aylıq kiçik ödəniş edilə bilər” demişdi. Platformadakı bot problemini həll etmək üçün belə bir dəyişikliyin zəruri olduğunu düşünən Musk-ın yeni paylaşımına görə yaxın gələcəkdə platforma hər kəs üçün ödənişli olmayacaq. Platforma hələ ki, ödənişsiz olaraq istifadəyə açıq olacaq.

GitHub "Copilot Chat"ı daha çox insan üçün əlçatan etdi

GitHub Copilot-Your AI pair programmer! · GitHub

GitHub istifadəçilərin kod yazmasına kömək etmək üçün inkişaf etdirdiyi "Copilot Chat" adlı çatbotu əvvəlcə "Beta" olaraq yalnız biznes hesabları olan istifadəçilərə açmışdı. Microsoft-a məxsus GitHub “kodlaşdırma” köməkçisi çatbotunu artıq daha çox insan üçün əlçatan edib. Mövzu ilə bağlı açıqlama verən şirkət bildirib: “İndi həm tərtibatçı komandalar, həm də fərdi istifadəçilər “Copilot Chat”dan istifadə edə bilərlər". Fərdi istifadəçilər üçün Copilot aylıq 10 dollar və illik 100 dollara başa gəlir.

LEGO üçün Lofi Girl animasiyası yaradılıb

Milyonlarla internet istifadəçisinin tanıdığı Lofi Girl obrazı LEGO personajına çevrilib. Bu personaj ChilledCow kimi tanınan YouTube kanalı üçün yaradılmışdı. Hansı ki, kanal hazırda Lofi Girl olaraq fəaliyyət göstərir. LEGO Group Lofi Girl arasındakı əməkdaşlığın bir hissəsi olaraq, məşhur personajın LEGO görünüşünün verildiyi animasiya Youtube kanalında yayımlanıb.

Posted 
Sep 21, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All