eta-nın uzun illər üzərində çalışdığı Threads nəhayət, gün üzünə çıxıb. Twitter-in çöküş dövründən istifadə edərək işləri sürətləndirən Meta, artıq Threads-in son mərhələyə çatdığını bildirib. Tətbiq Play Store-da görüntülənməyə başlayıb.
Twitter-də şəkilləri paylaşan Alessandro Paluzzi Play Store-da Threads-ə baxıb. Ortaya çıxan ilk görüntülər sayəsində tətbiqin az-çox necə görünəcəyi anlaşılıb. Threads dizaynı bir çox detalları ilə Meta-ya bənzəyir. Instagram-a çox oxşar dizaynlara malik olan Threads, əslində onun uzantısı olaraq qəbul edilə bilər. Paylaşılan ilk görüntülərdə Threads platformasında Instagram istifadəçi adınızı istifadə edə və izləyicilərinizə daxil ola biləcəyiniz ifadə edilib.
Google Play Store-da tətbiqin təsviri bu formada verilib:
"Threads maraqlandığınız və trend olacaq mövzular haqqında danışa biləcəyiniz bir yerdir. Maraq dairənizə uyğun mövzuları paylaşan insanları izləyə və onlarla əlaqə saxlaya bilərsiniz. Eyni zamanda özünüz fikirlərinizi və yaradıcılığınızı dünya ilə bölüşə bilərsiniz".