M

eta” “Twitter”in “bazarını öldürə bilər”

“Twitter”in işləri son vaxtlar onsuz da  yaxşı getmirdi və indi daha pisi ola bilər. Beləki, “Meta”nın nəzdində fəaliyyət göstərən “Facebook" həm “Twitter”ə, həm də onun əsas rəqibi hesab olunan “Mastodon”a başağrısı olacaq müstəqil, mətn yazıla biləcək sosial şəbəkə proqramı üzərində işləyir. Bizə də elə bu lazım idi!

"OpenAI" "GPT-4"ü hazır edib!

"Microsoft"un Almaniyadakı texniki direktoru Andreas Braun təsdiqlədi ki, "GPT-4" 9 mart 2023-cü il tarixindən etibarən bir həftə ərzində işə düşəcək və multimodal olacaq. Multimodal Al o deməkdir ki, artıq burada  video, şəkillər və səs kimi əməliyyatları yerinə yetirmək olacaq. "GPT-3" və "GPT-4"ün hər ikisi "OpenAl" tərəfindən hazırlanmış dil modelidir, lakin ikisi arasında bir neçə əsas fərq var. 

"GPT-3" ilk dəfə 2020-ci ilin iyununda təqdim edilib. O kitablar, məqalələr və vebsaytlar kimi müxtəlif mənbələri özündə birləşdirən 570 GB-dan çox mətn məlumatından ibarət kütləvi verilənlər bazasından ibarətdir. "GPT-3" 175 milyard parametrə malikdir ki, bu da onu bu günə qədər ən böyük dil modeli edir. "GPT-3"ün ən diqqətəlayiq xüsusiyyətlərindən biri də yüksək dəqiqliklə tərcümə tapşırıqlarının yerinə yetirmək qabiliyyətidir. Bu onun böyük verilənlər bazasının güclü arxitekturası sayəsində mümkün olur. Belə xüsusiyyətlərinə baxmayaraq, "GPT-4"ün onu geridə qoyacağı gözlənilir.

"Silicon Valley" bankının vəziyyəti pisləşir

Səhmləri 60 % ucuzlaşan bankın pul göndərilməsində də problem yaşanıb. Federal Əmanətlərin Sığortalanması Korporasiyası (FDIC) öz açıqlamasında maliyyə səbəbindən "Silikon Vadisi Bankı"nı bağladıqlarını açıqladı. Bu bağlanma ilə onlar bankın depozitlərini də nəzarətə götürüblər. Korporasiya paylaşdığı bəyanatda bu vəziyyəti 2008-ci il qlobal maliyyə böhranından sonra ABŞ-da baş verən ən böyük bank uğursuzluğu kimi qiymətləndirib.

Bankın saytındakı məlumata görə, ABŞ-da texnologiya startaplarının yarısı SVB ilə işləyir. Bu baxımdan da oradakı gərginlik silikon vadisindəki müəssisələrin demək olar ki, yarısına təsir edib.

Türkiyə Avropada  birinci yerdədir!

Oyun ekosisteminə etdiyi 333 milyon dollarlıq yatırım ilə Türkiyə Avropada birinci yerdədir. O ümumi sahibkarlıq ekosistemində olan investisiyaların həcminə görə isə Avropada dördüncü yerdədir. Texnologiya Sənayesi Lideri Alpaqut Çilingir də Türkiyənin oyun şirkətlərində beynəlxalq mərkəz olması yolunda irəlilədiyini bildirib. Oyun sənayesində yüksəlişin davam edəcəyi şübhəsizdir. Bununla belə, yeni trendlərin də bu sektora təsirlərinin olacağı gözlənilir.

Alimlər dünyanı dəyişə biləcək yeni material kəşf ediblər

Alimlər enerji və elektronikada inqilab yarada biləcək yeni yüksək keçiriciliyə malik material kəşf ediblər. Materialın keçiriciliyinin praktiki şəraitdə uğurlu olması nəzərə çarpır. Bu tarixi uğur "Rochester" Universitetinin tədqiqatçıları tərəfindən həyata keçirilib. Onlar praktik tətbiqlər üçün kifayət qədər aşağı temperatura və təzyiqə davamlı, super keçiriciliyə malik bir material yaradıblar. Maşınqayırma və fizika üzrə dosent Ranga Diasın rəhbərlik etdiyi komandanın fikrincə, bu materialın keçiricilik xüsusiyyətləri möhtəşəmdir  və texnologiyada yeni bir qapı aça bilər.

Edilən kəşf enerjinin müqavimətsiz şəbəkələrə ötürülməsini mümkün edə bilər və yalnız bununla saatda 200 milyon MV(meqavat) enerjiyə qənaət etmək olar. Bununla belə, elm adamlarının bir əsrə yaxındır həyata keçirməyə çalışdıqları nüvə birləşməsinin açarı da bu material ola bilər. Yeni material sayəsində təkcə belə ərazilərdə deyil, həm də keçiriciliyə ehtiyac duyulan istənilən sahədə istifadə oluna bilər. Əgər proses uğurlu olarsa, tezliklə yüksək sürətli qatarların artıq "havada" getməsinə şahid ola bilərik. Həmçinin bu maddə,  MRT, yaddaşlar, elektron sxemlər üçün də uğurlu hesab edilə bilər.

İlon Maskdan qorxulu açıqlama

İlon Mask bildirib ki, dünyanın ən güclü raketi olan "Starship" ilk cəhddə partlaya bilər. Onun baş direktoru olduğu "SpaceX"in indiyə qədər istehsal etdiyi ən güclü kosmik raketi olan "Starship" tezliklə ilk sınaq uçuşunu edəcək. Maskın sözlərinə görə, raketin ilk cəhddə partlama ehtimalı yüksəkdir. Ümumiyyətlə, raketin orbitə ilk buraxılışına gəldikdə, risklər həmişə yüksəkdir. Xatırlayırsınızsa, "SpaceX"in ilk orbital buraxılışı da bir neçə cəhddən sonra baş verdi. Bununla belə, Maskın sözlərinə görə, "Starship"in bu il orbitə çatma şansı 80 %-dir. Gəmi təkcə çox güclü raket kimi vacib deyil, həm də Maskın “Yerdən kənarda yaşamaq” məqsədi üçün çox zəruridir. Qeyd edək ki, son sınaq uçuşu bu ayın sonunda planlaşdırılır.

"Audi"dən elektrikli "Enduro" dağ velosipedi

İtalyan motosiklet və velosiped istehsalçısı "Fantic" ilə əməkdaşlıq edən "Audi", Dakar rallisində istifadə edilən avtomobildən ilhamlanaraq hazırladığı elektrikli "Enduro" dağ velosipedini təqdim edib.

2012-ci ildə təqdim edilən "E-Bike Wörthersee" ilə ilk elektrikli velosiped təcrübəsini reallaşdıran "Audi", yeni dizaynı ilə bu sahədəki iddiasını daha da artırıb. İtalyan motosiklet və velosiped istehsalçısı "Fantic" ilə əməkdaşlıq edən Alman avtomobil istehsalçısı, yeni elektrik "Enduro" dağ velosipedini təqdim etdi. Getdikcə elektrikli nəqliyyat bazarına meyl edən "Audi", elektrikli dağ velosipedini 10131 dollara satışa təqdim edib.

Posted 
Mar 13, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All