Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

Məzmun yaradıcıları "Youtube"un nəzarətindən qaça bilməyəcək

Məzmun yaradıcıları artıq YouTube-a videolar əlavə edərkən, videonun süni intellekt tərəfindən dəyişdirilmiş hissəsini qeyd etməli olacaqlar. Əgər bir şəxsin üzü başqasının üzü ilə əvəz edilibsə, videoda qeyri-real şəxsin səsindən istifadə olunubsa, şəhər və ya məkan süni intellektlə dəyişdirilmiş şəkildə göstərilibsə, qeyri-real təbii fəlakətlər süni intellektlə montaj edilibsə, bunlar ifadə edilməlidir.

Yeni "Tesla Roadset" modelində "SpaceX"in də rolu olacaq

Tesla Roadster prototype

Elon Musk yeni “Tesla Roadster” modeli haqqında bir sıra açıqlamalar verib. Qeyd olunub ki, bu model 2024-cü ilin sonunda istehsala buraxılacaq. Musk bildirib ki, bu yeni modeldə bəzi roket texnologiyalarına da yer veriləcək.

"Apple" və "Nvidia" birgə əməkdaşlıq edib

"Nvidia" "Apple" Vision Pro üçün mühüm bir əməkdaşlığa imza atıb. Bu əməkdaşlıq çərçivəsində Omniverse Cloud platforması API olaraq Vision Pro-a inteqrasiya edilib. Bu əməkdaşlıq Omniverse-in OpenUSD funksiyası ilə yaradılmış səhnələrin Vision Pro-ya ötürülməsinə imkan verəcək. İstifadəçi yaradılmış səhnəni cihaza köçürdükdən sonra onunla əlaqə saxlaya biləcək.

Naxçıvan Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fəaliyyətində aşkarlığın təmin olunması, həyata keçirilən tədbirlərin obyektiv işıqlandırılması, ictimaiyyət, media ilə əlaqələrin genişləndirilməsi məqsədilə 8 bölmə və 65 alt bölmədən ibarət yeni veb-saytı yaradılıb.

"Apple" yeni iPhone 15 reklamını təqdim edib

“Apple”ın yeni iPhone 15 reklamı telefonun yaddaş sahəsinə diqqət yetirir. İstifadəçi telefonunda yer boşaltmaq üçün qalereyasını təmizləməyə hazırlaşır. Ancaq telefonun kifayət qədər tutum təklif edildiyi üçün qalereyanın təmizlənməsinə ehtiyac olmadığı bildirilir. Habelə, bəzi istifadəçilər 128 GB yaddaşın bir çox telefonda olması səbəbilə bunun reklam edilməli bir xüsusiyyət olmadığını vurğulayıb.

20-ə yaxın İKT şirkətinin iştirakı ilə müzakirə görüşü baş tutub

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə 20-yə yaxın İKT şirkəti ilə “digiTalk for Business” layihəsi çərçivəsində növbəti görüş keçirilib. Açılış nitqi ilə şirkət rəhbərlərini salamlayan İRİA-nın sədri İnarə Vəliyeva bildirib ki, Agentliyin məqsədi Azərbaycanı regionda rəqəmsallaşma və innovasiya üzrə liderə çevirməkdir və bu kontekstdə dövlətlə özəl sektorun sıx əməkdaşlığı aparıcı rol oynayır.  “İRİA İKT sahəsində fəaliyyət göstərən kiçik və orta bizneslərlə bu qəbildən olan görüşləri keçirməklə şirkətlərin ehtiyacları ilə yaxından tanış olur, müvafiq olaraq çətinliklərin kateqoriyalaşdırması və həlli üçün adekvat tədbirlərin görülməsi istiqamətində körpü funksiyasını yerinə yetirir” - deyə İ. Vəliyeva qeyd edib. 

Daha sonra şirkət rəhbərlərinin çıxışları baş tutub. Çıxışları zamanı onlar öz şirkətlərinin fəaliyyət istiqaməti haqqında ətraflı məlumat veriblər. Bununla yanaşı, çıxışçılar ölkənin İKT üzrə rəqabət qabiliyyətinin gücləndirilməsi, proqram təminatı sahəsində xarici əmək bazarından asılılığın azaldılması, yerli İKT mütəxəssislərinin yetişdirilməsi, dövlət və özəl sektorun subyektlərinə göstərilən xidmətlərdə şəffaflığın artırılması, dövlət və özəl sektorun əməkdaşlığı çərçivəsində data əsaslı qərarvermə mexanizmlərinin əlçatanlığı, beynəlxalq standartların tətbiqi, qanunvericiliyin İKT-nin fəaliyyəti üçün münbit şərait yaratması ilə bağlı təklif və rəylərini bildiriblər. 

Tədbirin ikinci hissəsində İRİA-nın sədrinin müşaviri Şahin Əliyevin iştirakı ilə interaktiv müzakirə sessiyası başlayıb. Diskussiyada şirkətlər sözügedən mövzular ətrafında fikir və təcrübə mübadiləsi aparıblar. Müzakirə zamanı “2022 - 2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın strateji önəmi və İKT sektorunun inkişaf ilə bağlı olan müddəaların reallaşdırılmasının vacibliyi vurğulanıb. 

Qeyd edək ki, “digiTalk for Business” layihəsi ölkədə İKT sahəsində fəaliyyət göstərən kiçik və orta bizneslərin dövlət və özəl sektorla təması zamanı yaranan çətinliklərin müzakirəsi, rəy və təkliflərin verilməsi üçün çətir platforma kimi yaradılıb. Bu görüşlərin nəticəsi olaraq “digiTalk for Business” icması təsis edilib və alınan bütün rəy və təkliflər müvafiq istiqamətlər üzrə sinifləşdirilib. 

Posted 
Mar 19, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All