Microsoft Xbox brendini rəsmi olaraq “XBOX” kimi yeniləyib.
Microsoft oyun brendi Xbox üçün yeni vizual yazılış stilini təqdim edib. Şirkət artıq bir sıra rəsmi platformalarda markanı “XBOX” formasında istifadə etməyə başlayıb.
Məlumata görə, dəyişiklik Xbox rəhbəri Asha Sharma tərəfindən sosial mediada keçirilən ictimai sorğudan sonra gündəmə gəlib. Təxminən 20 min istifadəçinin qatıldığı səsvermədə iştirakçıların böyük hissəsi bütün hərflərin böyük yazıldığı “XBOX” stilinə üstünlük verib.
Brendin rəsmi X hesabı və bəzi marketinq materiallarında artıq yeni yazılış formasından istifadə olunur. Analitiklər qeyd edir ki, bu dəyişiklik yalnız vizual yenilənmə deyil, həm də markanın ilk illərinə nostalji istinad kimi qiymətləndirilir. Çünki 2001-ci ildə təqdim olunan ilk Xbox loqosunda da daha sərt və tam böyük hərfli dizayn yanaşması istifadə edilirdi.



