Yaradıcılıq, texnologiyastartap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

NASA Marsda oksigen istehsal edib

Members of NASA’s Mars 2020 project install the Mars Oxygen In-Situ Resource Utilization Experiment

20 aprel 2021-ci ildə Marsda MOXIE adlı təcrübə başladıldı. Təcrübə zamanı 3 ay ərzində ilk dəfə oksigen əldə edildi. Bu proseslər 15 dəfə təkrarlandı. Təcrübə prosesində Marsın karbon qazı ilə zəngin atmosferindən oksigen ayrılır. Ümumilikdə, MOXIE Marsda 122 qram oksigen istehsal edib. Bu miqdar kiçik bir itin 10 saat ərzində aldığı nəfəs qədərdir.

Google Maps-ə emoji xüsusiyyəti gəlib

Google Maps tətbiqə gələn yeniləmə sayəsində sevdiyiniz yerləri daha tez tapmağınıza kömək edəcək. Yeniləmə ilə yaddaşda saxladığınız yerləri emojilərlə fərdiləşdirə biləcəksiniz. Emojilər əlavə etmək üçün Google Maps-i açın və ekranın altındakı "Saved" tabını basın. Burada öz siyahınızı yarada və ya yaratdığınız siyahıya emojilər əlavə edə bilərsiniz.

WhatsApp-a qrup əsaslı yeni funksiya gələcək

WhatsApp interfeysdə əhəmiyyətli dəyişikliklər etməyi planlaşdırır. Yeniləmə ilə tətbiqdə “Söhbətlər” bölməsinin yuxarı hissəsinə yeni seçimlərin əlavə ediləcəyi bildirilib. WABetaInfo-dan gələn məlumata görə, əlavə olunacaq yeni seçimlər arasında "Qruplar" bölməsi də yer alacaq.

Huawei Watch GT4-ün görüntüləri sızdırıldı

Huawei 14 sentyabrda Barselonada keçirəcəyi tədbirdə yeni məhsullarını təqdim edəcək. Bununla belə, təqdimatdan əvvəl göstəriləcək saatların görüntüsü ortaya çıxıb. Paylaşılan şəkillərdə GT4-ün 41mm46mm versiyalarını görürük. Qeyd edək ki, modellər ilə bağlı ətraflı məlumat açıqlanmayıb.

Reddit-ə tərcümə funksiyası əlavə edildi

Reddit introduces native promoted post ads in its mobile apps

Reddit artıq rəqib platformalarda mövcud olan tərcümə xüsusiyyətini əldə etdi. Bu yenilik xarici dildə yazılanları öz dilinizə tərcümə edərək başa düşməyə imkan verəcək. Verilən məlumata görə, hələ ki, sadəcə 8 dil tərcümə oluna bilər. Bu dillərə ingilis, ispan, alman, fransız, portuqal, italyan, holland və isveç dilləri daxildir.

BMW Vision Neue Klasse videosu yayımlanıb

BMW Vision Neue Klasse şirkətin yaxın illərdə təqdim edəcəyi elektrik avtomobil modelləri üçün ilkin dizayn nümayişidir. Neue Klasse yeni nəsil BMW-lərin dizaynı üçün həyəcan verici bir konsepsiya kimi qarşılanır. Keçən həftə bildirildiyi kimi, gələcək tam elektrikli BMW modelləri birbaşa olaraq 2025-2027-ci illər arasında satışa çıxarılacaq.

Posted 
Sep 11, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All