F

ilmləri, serialları evlərə kirayə verməklə qurulan “Netflix”, təxminən 25 ildir ki, bu xidməti qorumağa çalışır. Yayım nəhənginin bütün dünyada milyonlarla istifadəçiyə çatdığını adımız kimi bilirik.

Filmlərin DVD ilə kirayəsi işinə ara verilməsi qərarı da məhz buna görədir. İcraçı direktor Ted Sarandosun bloq yazısında son DVD-lərin sentyabrın 29-da göndəriləcəyi vurğulanıb. Bundan sonra “Netflix”in bütün əməliyyatları yalnız rəqəmsal formatda davam edəcək.

Drake və The Weeknd-in yeni musiqisi əslində “AI” imiş

Drake və The Weeknd-in “TikTok”da 10 Milyondan çox baxış toplayan yeni musiqisi əslində süni intellekt məhsulu imiş. “Heart on My Sleeve” parçası “Spotify”da 250 min dəfədən çox dinlənilib. “TikTok”da isə bu rəqəm 10 milyona çatıb. Ən maraqlısı, musiqi parçası, əslində, heç bir sənətçiyə aid deyil.

Drake and The Weeknd

Musiqi əvvəlcə “Spotify”a, sonra isə “Apple Music”ə yüklənib. Qəfil virallaşan musiqi parçasının süni intellekt məhsulu olduğu bilinəndən sonra hər 2 platformadan da silinib.

Bu qədəri bəs deyil? “AI” ilə fərdi dərman hazırlandı

Bəs deyil, hələ daha çox danışılacaq. Görün, nə baş verir. İsraildə fəaliyyət göstərən sağlamlıq texnologiyaları şirkəti “Genetika+”a məxsus elm adamları süni intellektlə fərdi dərman hazırlamağa başlayıblar.

Dr Talia Cohen Solal points to something on the computer screen

Alimlər xəstədən alınan qanla beyin hüceyrələri istehsal etməyə və daha sonra onların üzərində işləməyə cəhd ediblər. Tədqiqatın bir hissəsi olaraq, antidepressant dərmanlara diqqət edən mütəxəssislər müxtəlif dərmanların beyin hüceyrələrinə təsirini də sınaqdan keçiriblər. Əldə etdikləri bütün məlumatları xüsusi proqramlaşdırılmış süni intellektə emal edərək, düzgün dərmanı və düzgün dozanı müəyyən edə biliblər.

“iPhone”dan da baha “AR/VR” eynəkləri gündəmdə

“Apple”ın illərdir ki, bəhsi keçən virtual eynəklərinin yolunu gözləməkdən gözümüzün kökü saraldı. Bu gün bu gözlüklər haqqında yeni məlumatlar paylaşılıb.

apple

Eynəklər oyunlardan tutmuş, iş mühitinə qədər bir çox sahəni əhatə edən imkanları özündə birləşdirəcək. Ən böyük xüsusiyyətlərdən birinin “iPad” proqramları ilə bağlı olacağı bilinib. Belə ki, “iPad” proqramları sözügedən eynəklərdə istifadə oluna bilməklə bərabər, bu proqramlara 3D ilə qoşulmanı da təmin edəcək. Bunlardan əlavə, “Safari” brauzerini, təqvimləri, kontaktları, poçt və xəritələri, mesajları, qeydləri, şəkilləri, xatırlatmaları, hava, “Apple TV” və yeni “FaceTime” proqramlarını da bu eynəklərdə görə biləcəyik.

İlham qaynağı tapıntılardan mistik heykəllər

Şri Lanka əsilli, vyetnamlı rəssam Kumkum Fernando tapılan əşyaları həyata qaytarmaq kimi maraqlı məşğuliyyətə sahibdir. O, əsasən Şri Lankanın minillik mədəniyyətindən ilhamlanır. Parlaq məbəd rəsmlərindən tutmuş, xalq nağıllarınadək hər şey onun qida mənbəyidir.

Tanrılar, divlər və cinlərdən ibarət geniş yeraltı dünyası onun yaradıcılığına zəngin mədəni irs kimi təsir edir. O, adətən robotlara bənzəyən rəngli heykəllər düzəldir. Məsələn, keçən il “Jonathan LeVine Projects”də keçirilən “Məbədlər, Tanrılar və Robotlar” adlı onlayn sərgidə kifayət qədər səs-küy sala bilmişdi.

Sənətçi “Coachella Valley” Musiqi və İncəsənət Festivalında (17-23 aprel) nümayiş etdirilən nəhəng heykəlləri ilə festivalın ən diqqət çəkən adlarından biri olmağı bacarıb. Onun festivaldakı instalyasiyaları əvvəlki tanrı və robot heykəllərinə bənzəyir. Bu yeni əsərlər rəssamın indiyədək yaratdığı ən böyük heykəllərdir. Baxıb, ilhamlana bilərsiniz.

Coachella 2023 Kumkum Fernando

Posted 
Apr 19, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All