"Netflix" məşhur mobil strategiya oyunu olan "Clash of Clans"ı animasiya serialına uyğunlaşdırmağa qərar verib. Serialda özündən razı, lakin təcrübəsiz bir barbarın kəndini müdafiə etmək üçün qəribə bir komanda toplaması və müharibənin absurd siyasi oyunları ilə mübarizə aparması təsvir olunacaq.

Layihənin rejissoru daha əvvəl oyunun rəsmi qısa animasiyalarını hazırlayan Fletcher Moules, ssenari müəllifi isə 30 Rock və Silicon Valley-dən tanınan Ron Weiner-dir.