T

əsirini günü-gündən artıran e-İdman, nəhayət olimpiya mərhələsinə qədəm qoydu. “Fortnite” 22-25 iyun tarixlərində keçiriləcək “Olympic Esports Series”də yer alacaq.
Minlərlə “gamer” tərəfindən sevilən oyunun yarışda yer alması e-İdmanın bütün dünyada tam hüquqlu bir idman növü kimi tanınmasına fayda verəcək.
Beynəlxalq komitə “Olympic Esports Series”ə şiddətli oyunların əlavə edilməsi ilə bağlı çox sərt mövqe tutub. Yarışda e-İdman dünyasının əhəmiyyətli oyunları olan “League of Legends”, “Dota 2”, “CS: GO”“PUBG” kimi oyunlar yer almayacaq.

“Olympic Esports Series” oyunlarının siyahısı aşağıdakı kimidir:

1. Tic Tac Bow (Oxçuluq)
2. WSBC eBASEBALL
3. Chess.com (Şahmat)
4. Zwift (Velosiped)
5. JustDance (Rəqs)
6. Grand Turismo
7. Virtual Regatta
8. Virtual Taekwondo (Taekvondo)
9. Tennis Clash (tennis)
10. Fortnite.

Posted 
May 8, 2023
 in 
Texnologiya
 category

Daha çox

Texnologiya

 kateqoriyasından

View All