Yaradıcılıq, texnologiya startap sahələri üzrə gündəmdə olan xəbərləri buradan izləyə bilərsiniz. Bu günün xəbərləri ilə qarşınızdayıq, xoş oxumalar!

"OpenAI" uşaqlar və gənclər üçün xüsusi "ChatGPT" yayımlayacaq

ChatGPT çocuklar için özel sürümler içerecek

"Open AI" uşaqlar və gənclər üçün fərdiləşdirilmiş "ChatGPT" versiyalarını yaradacağını açıqlayıb. Bu layihə üçün "OpenAI" media və texnologiyanı uşaqlar üçün uyğunluğuna görə qiymətləndirən qeyri-kommersiya təşkilatı olan "Common Sense Media" ilə əməkdaşlıq edib. Fərdi çatbotlar "OpenAI"nin "Common Sense Media" ilə əməkdaşlığının yeganə bəhrəsi olmayacaq. İki komanda, həmçinin süni intellekt bələdçiləri təlim materialları yaratmaq üçün bir araya gələcək. Bu yolla gənclər, valideynlər və pedaqoqlar süni intellektin uşaqlara təsirini daha yaxşı anlayacaq və buna uyğun tədbir görə bilcəklər.

"Apple"ın "App Store" qərarını tənqid edən şirkətlərə "Microsoft" da qoşulub

"Microsoft" Rəqəmsal Bazarlar Aktı çərçivəsində "Apple"ın App Store-da etdiyi dəyişiklikləri tənqid edən şirkətlər arasında yer alıb. "Xbox" rəhbəri Sarah Bond  "App Store" qaydalarının yanlış istiqamətdə atılan addım olaraq dəyərləndirib. Qeyd edək ki, bundan əvvəl "Epic Games", "Spotify", "Firefox" və bir çox başqa şirkətlərin rəhbərləri "Apple"ın “App Store” dəyişikliklərini tənqid etmişdilər.

"TikTok" getdikcə "YouTube"a çevrilir 

YouTube adds TikTok competitor Shorts to its Partner Program

Son illərin ən populyar sosial şəbəkələrindən biri olan "TikTok" bir neçə yeni funksiya üzərində işləməyə davam edir. Ən son xəbərlərə görə, yeni funksiyalar mövcud olduqda, "TikTok" bir tərəfdən "YouTube" rəqib platforması kimi tanınmağa başlayacaq, digər tərəfdən isə elektron ticarət platforması kimi xidmət göstərəcək.

"Embracer Group" yeni "Deus Ex" oyununu ləğv edib

Embracer cancels new Deus Ex game, lays off Eidos developers

Eidos-Montreal iki ildir ki, bu yeni elan edilməmiş "Deus Ex" oyunu üzərində işləyirdi və verilən məlumata görə, bu ilin sonunda oyun istehsala girməyə hazır idi. "Bloomberg"in yeni hesabatına görə, "Embracer Group" Eidos-Montreal-da inkişaf etdirilən yeni "Deus Ex" oyununu ləğv edib. Bu ləğvlə yanaşı, Eidos-Montreal 97 əməkdaşını ixtisar etdiyini açıqlayıb.

“WhatsApp” “iPhone”lara keçid açarı dəstəyi gətirir

WhatsApp iPhone

Keçid açarı sizə göstərilməyən və parol yerinə istifadə edilən şifrələnmiş bir quruluşdur. Bu xüsusiyyət uzun müddətdir ki, Android üçün “WhatsApp” proqramında təklif olunur. Bu funksiya nəhayət iOS-a da gəlir və parol olmadan daha təhlükəsiz təcrübə təklif edir.

55 saat batareya ömrü təklif edən simsiz siçan "Pusat Business Pro" təqdim olunub

Pusat Business Pro

"Monster Notebook" ailəsinə yeni məhsul əlavə olunub. "Pusat Business Pro" simsiz siçan adlanan cihaz uzun batareya ömrü ilə diqqət çəkir. İstifadəçilər "Pusat Business Pro" modelini 100 % doldurduqda 55 saata qədər istifadə edə bilərlər. İçərisində 600 mAh batareya olan cihaz istifadə edilmədikdə gözləmə rejiminə keçir və ağıllı enerji idarəsi sistemini dəstəkləyir.

Posted 
Jan 30, 2024
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All