yunda Jason və Lucia adlı iki əsas qəhrəman, Leonida ştatı boyunca təhlükəli bir cinayət şəbəkəsinin içinə düşürlər və sağ qalmaq üçün bir-birilərinə arxalanmaq məcburiyyətində qalırlar.
GTA 6-nın əsas qəhrəmanlarından biri olan Jason Duval asan bir həyat arzulasa da, qarşısına daim çətinliklər çıxır. Gəncliyini cinayətkarların əhatəsində keçirən və orduda xidmət etməsinə baxmayaraq keçmişindən qurtula bilməyən Jason, indi Keys bölgəsində narkotik alverçiləri üçün çalışır və həyatında yeni bir səhifə açmağın vaxtının gəldiyini düşünür. Lucia ilə tanışlıq Jason üçün həyatının ən yaxşı, ya da ən pis hadisəsi ola bilər…

Oyunun digər əsas obrazı Lucia Caminos isə döyüşməyi hələ yeriməyi öyrəndiyi yaşda atasından öyrənib. Ailəsini qorumaq uğrunda apardığı mübarizə onu Leonida həbsxanasına salıb, lakin bəxti gətirib və oradan çıxmağı bacarıb. Lucia-nın ən böyük arzusu Liberty City-dəki çətin günlərdən bəri anasının xəyal etdiyi rahat və yaxşı həyatı yaşamaqdır.

Həbsxanadan yeni çıxan Lucia taleyini dəyişmək üçün hər şeyi gözə alaraq planına tam sadiqdir. Jason ilə quracağı bir həyat isə onun bu dünyadan çıxış yolu ola bilər.
