YouTube Music yeni "Samples" funksiyasını təqdim etdi

Taking music discovery to the next level with Samples

TikTok-a rəqib YouTube Music-in yeni funksiyası açıqlandı. Mahnı tövsiyələri verən yeni funksiya "Samples" adıyla təqdim olundu. Ana səhifə ilə kəşf tabları arasında yerləşən "Samples" Instagram ReelsTikTok kimi qısa formatlarda videolar təqdim edir. Yeni funksiya həm pulsuz, həm də Premium abunəçilər üçün əlçatandır.

Huawei imzalı avtomobilin təfərrüatları ortaya çıxdı

Regulatory filing: Core specs of Luxeed S7, jointly built by Huawei and  Chery, revealed - CnEVPost

Ötən günlərdə əməliyyat sistemi HarmonyOS-un yeni versiyasını təqdim edən Huawei yeni avtomobil modelini də nümayiş etdirdi. "Luxeed S7" HarmonyOS 4 əməliyyat sisteminə sahib ilk avtomobil kimi təqdim edilib. Üç fərqli versiyada görünəcək Luxeed S7 iki fərqli mühərrik quruluşuna sahib olacaq. Avtomobilin təkmühərrikli versiyası 215 kVt, ikimühərrikli versiyası isə əlavə 150 ​​kVt güc təqdim edə biləcək. Bildirilib ki, hər iki versiyanın maksimal sürəti 210 km/saatdan çox olacaq.  Yeni avtomobil Huawei və Çin avtomobil istehsalçısı Chery-nin ortaqlığı nəticəsində hazırlanıb.

iPhone 15 sürətli şarj üçün xüsusi USB-C ilə gəlir!

iPhone 15: el puerto USB-C tiene un chip extra y nadie sabe para qué sirve  | Computer Hoy

ChargerLab-dan edilən paylaşıma görə, iPhone 15 “Thunderbolt” dəstəyi təqdim edəcək. Bu dəstək standart model istisna olmaqla, hər 3 modeldə mövcud olacaq. Apple xəbərləri ilə adından söz etdirən Ming-Chi Kuo, şirkətin iPhone 15 üçün MFi sertifikatlı USB-C şarj cihazlarının sürətli şarj performansını optimallaşdıracağını bildirib.

Apple iOS 17-nin 6-cı beta versiyasını təqdim edib

iOS 17 beta 6 now available to developers

iOS 17 beta 6-da çox böyük yeniliklər yoxdur. Lakin o, 2 mühüm dəyişikliklə təqdim olunub. Dəyişikliklərdən biri zəng düyməsi ilə bağlıdır. iOS 17-nin ilk beta versiyasında "Zəngi bitir" düyməsini ekranın sağ alt küncünə daşımışdı. Bu istifadəçilər üçün əlverişli bir yol hesab edilmədi. Narahatlıqları diqqətə alan Apple son beta versiyasında yenidən bu düyməni əvvəlki yerinə gətirdi.

Apple moves button to hang up or end call in iOS 17 beta - Local Trending  News

Digər mühüm dəyişiklik Mesajlarla bağlıdır.

iOS 17 ilə Mesajlar proqramı "canlı etiketlər", "səsli mesajın transkripsiyası" "Swipe to Reply" kimi bir sıra yeni funksiyalar əldə edib. Kamera və Şəkillər qısa yolları gizlədildiyindən, foto paylaşma bir az daha mürəkkəbləşmişdi. Bununla belə, Apple bu problemi aradan qaldırmaq üçün yeni bir qısayol əlavə edib: “+” işarəsinə uzun basmaqla fotoşəkilləri tez seçmək mümkün olacaq. Bu, istifadəçilərə fotoşəkillərini daha praktik şəkildə paylaşmağa imkan verəcək.

Xiaomi özünə ən böyük rəqib olaraq Apple-ı görür

Which one is Better Xiaomi or Apple? - xiaomiui

Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Xiaomi, Apple-ı ən böyük rəqibi olaraq görməyə davam edir. Xiaomi CEO-su Lei Jun Apple ilə rəqabətin xüsusilə yüksək səviyyəli smartfon bazarında olacağını bildirib. O qeyd edib ki,Xiaomi-nin qarşıdakı 3 il üçün ən böyük hədəfi Çinin ən böyük smartfon istehsalçısı olmaqdır.

PAŞA Holding növbəti hakatonuna start verib

PAŞA Holding hər kəsi növbəti hakatona dəvət edir!

PAŞA Hakaton tələbələri biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə təşviq edir. Qiymətləndirmə üçün meyarlara yenilik və yaradıcılıq, istifadəçi rahatlığı, kommersiyalaşdırma imkanı, Komanda və Təqdimat, Texniki mümkünlük və Dayanılıq kimi xüsusiyyətlər aiddir. 29 sentyabr – 1 oktyabr tarixlərində keçiriləcək “PASHA Hackathon 3.0” üçün müraciətlər artıq açıqdır. Proqrama son müraciət tarixi 10 sentyabr kimi qeyd olunub.

Mükafatlar bu formada sıralanıb:

I yer: 6000  manat

II yer: 4000 manat

III yer: 2000 manat

Posted 
Aug 16, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All