“Plastik kartlar ilə xaricə gedənlərin nəzərinə: Nağdlaşdırma limitlənib


Plastik kartlar ilə xaricə gedənlərin artıq yeni dəyişikliklərə diqqət etməsi lazımdır”. “Qafqazinfo”nun məlumatına görə, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib. O qeyd edib ki, Azərbaycan bankından alınmış kart sahibi xaricdə olan zaman ay ərzində 10 min dollardan artıq məbləği nağdlaşdırdıra bilməz. Bu ölkə hüdudlardan kənarda kartlardan vəsaitin nağdılaşdırması ilə bağlı aylıq limitlərin tətbiqi mənasına gəlir. Bu baxımdan, xarici səfərlər zamanı nağd pula ehtiyacı olan vətəndaşlarımızın bu limiti öncədən nəzərə alması vacibdir.

Kartda qalan pula faiz hesablayan plastik kartlar hansılardır? - Siyahı


Deputat qeyd edib ki, buna səbəb Mərkəzi Bankın "Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin millixarici valyutada əməliyyatlarının aparılması Qaydaları”na dəyişiklik etməsidir: “Dünəndən qüvvəyə minmiş yeni qaydalara əsasən, Azərbaycanda emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər tərəfindən ölkə hüdudlarından kənarda təqvim ayı ərzində 10 min dollar ekvivalentinədək məbləğdə pul vəsaitinin nağdlaşdırılması mümkün olacaq”.

GTA 5-də NPC-lər ilə danışmaq mümkün olacaq

Grand Theft Auto V PS4 Review | GodisaGeek.com

Çıxışından təxminən 10 il keçməsinə baxmayaraq, GTA oyunu hələ də bir çox oyunçu tərəfindən sevilir. Bununla belə, oyuna yeni rejimlər əlavə olunmağa davam edir. Yeni gələn rejimlərdən biri olan Sentient Streets də onlardan biridir. Sentient Streets “Bloc” adlı istifadəçi tərəfindən yaradılıb. Sentient Streets-in maraqlı tərəfi onun NPC-lərə, yəni oynanmayan personajlara yönəlməsidir. Belə ki, Sentient Street adlı mod sizə NPC-lərlə danışmağa imkan verir. Siz həmçinin NPC-lərlə birbaşa mikrofon vasitəsilə də danışa biləcəksiniz.

"Trendyol Hızlı Market"in süni intellekt üzrə köməkçisi "AITEN" işə başlayıb

Trendyol Hızlı Market'in yeni nesil yapay zeka asistanı AITEN tanıtıldı -  EKONOMİ - Avcılar Haber Merkezi

"Trendyol Hızlı Market" süni intellekt tərəfindən dəstəklənən yeni nəsil köməkçisi AITEN-i işə qəbul edib. İstifadəçilərə həm dost, həm də mentor olmağı hədəfləyən AITEN "Trendyol Hızlı Market"in sosial media komandasında öz yerini alıb. AITEN Trendyol Growth komandası tərəfindən hazırlanmış layihədir. AITEN-in inkişaf prosesi tamamilə süni intellekt texnologiyasından istifadə etməklə həyata keçirilib. Məzmun istehsalında ChatGPT Midjourney proqramlarından istifadə edilib.

Spotify-ın süni intellekt dəstəkli DJ-i daha 50 ölkədə mövcud oldu

Spotify's AI DJ now available in 50 countries

Spotify ötən aylarda mahnı təklifləri verən süni intellekt dəstəkli DJ-ni istifadəyə verdi. Bu günlərdə Spotify DJ-i daha 50 ölkədə beta versiyada təqdim etdiyini təsdiqlədi. Avstraliya və Yeni Zelandiyada, eləcə də Avropa, Asiya və Afrikadakı seçilmiş bazarlarda premium istifadəçilər artıq tətbiqin ingilis dilindəki versiyasında DJ-ə daxil ola biləcəklər. Qeyd edək ki, ölkəmizdə bu funksiya hələ ki, aktiv deyil.

Threads-ə 3 yeni funksiya daha əlavə edildi

How to join and use Meta's Twitter rival Threads | ZDNET

Threads istifadəçilərin rəylərinə uyğun olaraq platformaya yeni funksiyalar gətirməyə davam edir. Mark Zuckerberg Threads-ə əlavə olunacaq 3 yeni funksiyanı açıqlayıb. Zukerberg bildirib ki, hər 3 yeni funksiya bu həftə Threads istifadəçiləri üçün əlçatan olacaq.

Yeni Threads funksiyaları arasında yer alır:

1) Postu birbaşa Instagram DM-nizdə paylaşa bilmək

2) Foto/video üçün fərdi alt mətn

3) Postunuzda kiminsə hesabını asanlıqla qeyd etmək üçün yeni tag düyməsi.

TikTok AI tərəfindən yaradılan məzmunları sizə bildirəcək

TikTok həm istifadəçilər, həm də platformanın təhlükəsizliyi üçün faydalı olacaq bir sıra yeniliklər haqqında məlumat paylaşıb. Yeni xüsusiyyət məzmun yaradıcılarının paylaşımlarında süni intellekt tərəfindən yaradılan məzmunun olub-olmadığını müəyyənləşdirməyi asanlaşdırır. Artıq TikTok-a video yükləyərkən "süni intellektlə yaradılmış məzmun" seçimi mövcud olacaq. Bu seçim sizin videonuz əgər süni intellektlə yaradılıbsa, onun TikTok-dan silinməsinin qarşısını alacaq.

Posted 
Aug 10, 2023
 in 
Daily
 category

Daha çox

Daily

 kateqoriyasından

View All